9 noyabr 2004 cü-il ÇƏPƏRÜSTÜ SÖHBƏT


9 noyabr 2004 cü-il  ÇƏPƏRÜSTÜ SÖHBƏT - Deyir ki, sənin üçün yaxşı bir kompüter alım, böyüklərin falına bax. Onsuz da bu icra başçıları düzələn deyil, İstər generla olsun, ya geniralisinus. Hərə 5-10 gün özünü imam övladı kimi göstərir, sonra isə baltanı lap dibindən vurur.
- Düz deyirsən, bacı, əvvəlki də siftə gələndə deyirdi ki, rüşvət alanın əlini kəsirəm.
- Mən belə başa düşərəm ki, bizim ölkədə ən “pis adam” icra başçısıdır. Cünki elə həmişə onları dəyişirlər. Guya yerdə qalanlar tər-təmiz imiş, bircə icra başçısı işləri korlayırmış.
- Bəlkə rayonda heç icra başçsı olmasa yaxşıdır? Yadındadır da, 1993-cü ildə rayonda 4 ay bu vəzifə boş qaldı, heç kimin də burnu qanamadı. Elə ötən ay naçalnikin də yeri 1 ay boş qaldı, amma rayonda bir cinayət də baş vermədi.
- Amma kişinin ayağı ağır imiş. O gələn kimi bahalıq başladı.
- Bilmirəm ağırdı, ya yüngüldü, amma deyəsən bu kişi başçılığı bizim başımızı yara-yara öyrənəcək.
- O qaloşlar, o yastısalmanlar, o binada belələrini neçə dəfə yola salıb: heç bilməyib paqonu harada qaldı, nişanı harada qaldı.
- Qıza, bir də deyirlər ki, təzə başçı məscidləri mollalardan çox gəzir.
- Eh, ay bacı, əvvəlkilər - Şiriklə Azərullah da mollarla, ziyalılarla xeyli görüşlər keçirtdilər. İndi arxalarınca kontrabas çalırlar. İş görən adam müxalif fikirli insanları dinləyər, yoxsa... Elə məruzəsini oxuyanda özümü XIX əsrin ortasında hiss etdim. Yadıma kağızı tərsə oxuyan rəhmətlik Brejnev düşdü.
- Sən də çox ağ eləmə, qoy, kişi bir bismillah eləsin də.
- Vallah, bizə gələnlər, bir anektotda deyilmişkən, elə bismillah öyrənir, heç ilahişükür deməklə araları olmur.
- Bacı qurban, çox da fikir eləmə,təzə ildən hər şey düzələcək.
- Hə olacaq ki, imam zühur eləyəcək?
-Təzə ildən korrupsiya deyirlər, rüşvət deyirlər, bilmirəm, onunla möhkəm mübarızə aparacaqlar.
- Bəs rüşvətxorları necə tapacaqlar?
- Onları tapmağa nə var ki. Hansı idarənin qarşısında rəhmətliyin və oğlunun lap büyük şəkilləri vurulub, bax əsl rüşvətxorların çoxu həmin binalardadır.
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :663

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az