Lənkəran Ədəbi Birliyi ilk müsabiqəsini keçirtdi||--||


Lənkəran Ədəbi Birliyi ilk müsabiqəsini keçirtdi||--||

Xəbər verdiyimiz kimi bir neçə ay öncə cənublu yazarlar sosial şəbəkədə Lənkəran Ədəbi Birliyi adlı virtual ədəbi məclis yaratmışdı. Həmin birlik bir ay öncə ilk tədbirlərinə start verdilər- “Vətənpərvərlik mövzusunda ən yaxşı şeir” müsabiqəsi elan etdilər. Müsabiqəyə təkcə cənub bölgəsindən yox, ölkəmizin paytaxtından, eləcə də digər bölgələrdən də çoxlu şeirlər təqdim olunmuşdu. Qalib adına Bakı şəhərindən müsabiqəyə qoşulmuş şair-həkim Nazilə Gültac layiq görülmüşdür. Xatırladaq ki Gültac 3 şeir kitabının müəllifidir.


AYB -nin üzvüdür. Prezident təqaüdçüsü olmuşdur. Şeir və hekayələri Azərbaycanın və qardaş Türkiyənin bir çox jurnal və qəzetlərində, eləcə də müxtəlif saytlarda dərc olunmuşdur.

Türkiyədə bir neçə dəfə şeir toplantılarına dəvət almışdır. Tezliklə Moskvada şeirlər kitabı işıq üzü görəcək.

Nazilə xanımı müsabiqə qalib olunması münasibəti ilə təbrik edir və onun müsabiqəyə təqdim etdiyi şeiri oxucularla paylaşırıq:

1. VƏTƏN XƏRİTƏSİ

Qızım çəkdi

Vətən xəritəsini.

Azərbaycan sözünü

sığışdıra bilmədi,

xəritənin üstünə.

“Azər “ yazdı,

“ Bay” yazdı, Dedi ki,

” Can “sözünə yer azdı.

Məndən yardım istədi.

Baxdım xeyli

ana yurdun

paralanmış köksünə.

Dağ çəkilən səddinə.

Dəmirqapı Dərbəndin

qapısını döymədim.

“C”-nı cənuba yazdım,

Dedim canımız orda.

Qızım, çoxumuz orda.

“A” qondu Borçalıya,

And yerimizdi dedim.

“N”-nı qərbinə yazdım.

İrəvana xal saldım;-

Orda nidamız qalıb.

Orda naləmiz yanıb.

Qızım, indi bax, dedim.

Böyük Vətənimizin

Bəxtsiz xəritəsinə.

Bəxtsiz Vətənimizin

Böyük xəritəsinə.




 

R4suloffR4suloff

OXUNMA SAYI :2235

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff