Sanatoriya tikmək üçün gözəl məkan


Sanatoriya tikmək üçün gözəl məkan

Astara rayonunda - Şüvi inzibati ərazi vahidinin  Səlivə  kəndində 1,7 hektar  torpaq sahəsi satılır.

Ərazi dağ ətəyi sahədə yerləşir, aşağısında kiçik çay axır. Ərazinin içində balıq saxlamaq üçün mini göl var.

Torpaq sahəsində yüzlərlə subtropik  kolları, meyvə və meşə ağacları var

Belə ki, həyətdə

300-ə yaxın mandarin,

40-a yaxın limon,

100-ə yaxın feyxoa,

30-a yaxın alma,

10 ədəd armud,

 50-ə yaxın əzgil, 

 bir neçə fındıq, heyva,

eləcə də  100-ə yaxın meşə ağacları göz oxşayır.

Bu ərazidə 20 sotdan artıq boş  torpaq sahəsi  də var.

 Sanatoriya tikmək üçün gözəl məkan

Satılan torpaq sahəsində biri 9 metr, digəri 3 metr dərinlikdə olan içməli su quyusu, eləcə də  qədim üslubda tikilmiş  bir ev və  tövlə var.

Ərazinin yaxınlığındakı dağda  qızılgöz çiçəyindən , itburnudan, kəkotudan tutmuş, onlarla dərman bitkiləri mövcuddur.

Bu ərazinin  qərb tərəfi dağlarla əhatə olunub, şərq tərəfindən isə uzaqdan da olsa dəniz görünür. Havası olduqca safdır. Dağ ətəyində yerləşir.

Buradan Astaranın Kİşəbə  qəsəbəsinə  6 kim, həmin qəsəbədən isə yeni çəkilmiş Ələt-Astara yoluna   5 kilometrlik məsafədir.

Satılan torpaq sahəsindən kəndin mərkəzinə qədər 800 metr məsafə nahamar,  yolun qalan hissəsi isə asfaltdır.

Mütəxəssislər ərazini sanatoriya tikmək üçün çox əlverişli hesab edir.

Əlaqə: 0 50 322 75 23

 Sanatoriya tikmək üçün gözəl məkan

R4suloffR4suloff

OXUNMA SAYI :550

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az