Bir ölümün müəmmaları||--||


Bir ölümün müəmmaları||--||

 


- Bu ölüm hadisəsinin bir neçə ay öncə avtomobil qəzasında dünyasını dəyişmiş Rövşən Həşimovla bir bağlılığı varmı?

- Doğrudanmı, ortada namus məsələsi, öldürülənlərin yaxın qohumlarının söyülməsi söhbəti olubmu?

Bir ölümün müəmmaları||--||Bir ay öncə Masallı rayonunun Ərkivan qəsəbəsində olduqca dəhşətli bir hadisə baş verib – 1979-cu il təvəllüdlü, 2 uşaq atası, ailənin yeganə oğul övladı

Şiriyev Pünhan Cəbrayıl oğlu yaxın dostları -Mülayim və Arzuman Abdinovlar tərəfindən amansızlıqla döyülüb və Pünhan aldığı yaralardan 10 gün sonra dünyasını dəyişib.

Necə deyərlər, indi isə daha ətraflı. Pünhan Mülayim və Arzumanla yaxın dost olub. Onlar Pələnküştədə bir məhəllənin uşaqları olublar. Bizimlə görüşən Pünhanın valideynləri - ata və anasının, eləcə də digərlərinin bildirdiyinə görə, bu şəxslər olduqca yaxın, necə deyərlər, bir evli kimi olublar, bir sinifdə oxuyublar, demək olar ki, vaxtaşırı bir yerdə çörək kəsib, toya, yasa birlikdə gediblər.

Pünhanın valideynləri - atası Cəbrayıl və anası Sədayənin danışdıqlarına görə, hadisə baş verən gün, iyulun 31-i axşamı Pünhan “Lanur” şadlıq sarayında toyda olub. Toydan sonra Abdinov qardaşları Qəriblər kəndindəki “Cənnət bağı” deyilən istirahət mərkəzindən ona zəng vurublar ki, burada ailəvi çay içirlər, maşınla gəlib, onları evlərinə aparsın. Pünhan da gedib. Həmin vaxt Pünhana evdən, həyat yoldaşı də zəng vurub ki, niyə yubanırsan, deyib, Mülayim və Arzumanla yuxarıda çay içirik.

Daha sonra Pünhan başqa bir dostuna – Elşənə zəng vurub ki, Ərkivan döngəsində gözlə, filankəslərlə gəlirik, sənin maşınına ehtiyac var. Lakin sonradan o, Pünhanın telefonuna cavab verməyib.

Anası Sədayə Şiriyevanın dediklər:

- Sonradan öyrəndik ki, Pünhangil dostlarla birlikdə Ərkivana gəlib, Pələnküştə məhəlləsində, Abdinovların evlərinin qarşısında maşını saxlayıb. Abdinovlar öz ailə üzvlərini düşürüblər. Uşaqlar maşını batırdığına görə Pünhan onu yuduzdurmaq istəyir. Arzuman deyir ki, maşını moykada yudurdaram. Bu söhbət saat 1-3 arası olub. Həmin söhbəti qonşular eşidib. Daha sonra isə Pünhanı döyə-döyə maşına əyləşdirərək təxminən gecə saat 2-də kəndin yuxarısına aparıblar.

Onlar kəndin yuxarısında Pünhanı ölümcül döyüblər. Bütün zərbələr onun başına vurulub. Hətta Abdinovların beşbarmaqdan da istifadə etdiyi bildirilir. Həmçinin bildirirəm ki, onu döyən təkcə Mülayim və Arzuman Abdinov qardaşları olmayıb. Şaiq, Azər, Nizami və taksi sürücüsü Zülfüqar da hadisə yerində olub və Abdinovlara kömək ediblər. Lakin onlar istintaqa cəlb olunmayıb. Daha sonra onlar Pünhanı onun öz maşınında Ərkivan qəsəbəsinin cənub tərəfində, “Ağabəyin zapravkası” deyilən ərazinin yaxınlığındakı çayxananın yanına gətiriblər. Burada maşının qapısını da açıq saxlamaqla, Pünhanı yaralı vəziyyətdə qoyublar ki, guya o sərinlənir. Beləcə çıxıb gediblər. Mülayim və Arzuman artıq saxlanılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib.


Hadisə baş verən günün səhəri Pünhanın valideynləri hadisədən xəbər tutub və ağır vəziyyətdə olan oğlanlarını Bakıya, Əhmədli qəsəbəsindəki Neyrocərrahiyyə xəstəxanasına müalicəyə aparıblar. Pünhan 10 gün Bakıdakı xəstəxanalarda reanimasiya şöbəsində yatsa da, onu xilas etmək mümkün olmayıb və Pünhan Şiriyev bu il avqust ayının 10-da dünyasını dəyişib.


Bəs aralarından, necə deyərlər, su keçməyən bu dostlar nədən bir-birinə qarşı belə amansız olublar?


Hələ ki, istintaq getdiyindən biz təsdiq olunmuş faktlara istinad edə bilməyəcəyik. Lakin redaksiyaya daxil olan bəzi məlumatları oxucularla paylaşmağı zəruri bildik.


Bir ölümün müəmmaları||--||Yuxarıda qeyd etdik ki, Pünhan Şiriyev Mülayim və Arzuman Abdinov qardaşları ilə çox yaxın dost olublar. Bu qardaşlar Pünhan vasitəsi ilə musiqiçilər dəstəsinə də daxil olub və əksər günlərini musiqiçilərlə keçiriblər.

2 ay öncə Musakücə yolunda avtomobil qəzası baş verəndə və həmin qəzada müğənni Rövşən Həşimov dünyasını dəyişəndə Mülayim də həmin maşında olub. Dolaşan söhbətlərə görə, Rövşən Mülayimlə birlikdə Lənkərana kredit götürməyə gedib və Rövşənin adına oradan 20 min manata yaxın kredit götürülüb. Qəzadan sonra isə həmin pul yoxa çıxıb.

Pünhanın anası bildirir ki, Mülayim kefli olanda bu barədə Pünhana danışıb. Bunu qoçuluqlarından biri kimi qeyd edib. Səhəri gün Pünhan həmin söhbəti Mülayimə xatırladanda isə o, çox narahat olub. İndi valideynləri ehtimal edirlər ki, Pünhan onun sirrini bildiyi üçün, məhz izi itirməkdən ötrü Pünhanı qətlə yetiriblər.

Digər bir ehtimal da var. Guya Pünhan Mülayim və Arzumanın yaxın qadın qohumlarından birini söyüb təhqir edib və qardaşlar da bunun intiqamını almaq üçün Pünhanı belə amansızlıqla öldürüblər. Daha bu söyüşmə harada olub, nə üstündə olub, nə vaxt olub - bunu dəqiq deyən yoxdur.

Daha bir ehtimal ondan ibarətdir ki, “Cənnət bağı”nda çay içərkən guya Pünhan Mülayimin stulunda oturub, bu da Mülayimin acığına gəlib.

Mülayim və Arzuman Abdinovlar kimdir?

Bu qardaşlar Ərkivanda tanınmış idmançı-məşqçi olan, bir neçə il öncə dünyasını dəyişmiş Xanoğlan Abdinovun oğlanlarıdır. Onlar 3 qardaşdır, əsasən Moskva şəhərində yaşayırlar və güclü biznesləri var. Pünhanın anasının bildirdiyinə görə, bu qardaşlar xoşagəlməz əməllərlə məşğul olurlar. Onların dediyinə görə, bu qardaşlar bir neçə dəfə adam öldürüblər, lakin pulun hesabına həbsdən qurtulublar. Onların narkotiklə məşğul olması ilə bağlı da şaiyələr dolaşır. Lakin bu barədə əldə heç bir sübut yoxdur.

Bu qanlı hadisəni eşidən bir neçə şahid də var. İstintaq bitdikdən sonra, biz yəqin ki, hadisəyə bir də qayıdacağıq.

Yazıda adı çəkilən Mülayim və Arzuman Abdinovların yaxınlarının və vəkillərinin sözü olarsa, onların da fikirlərinə yer ayırmağa hazırıq.


 

R4suloffR4suloff

OXUNMA SAYI :1062

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az