Rəqsanəni Lənkəranda döyüblər?||--||


Rəqsanəni Lənkəranda döyüblər?||--||

Rəqsanəni Lənkəranda döyüblər?


 Bu haqda day.az-a məlumatlı mənbələrdən məlum olub. Müğənniyə apardığı toyun sahibinin və onun qohumlarının hücum çəkdiyi bildirilir. Mənbənin sözlərinə görə, toy sahibi Rəqsanənin məclisdə lazımi qədər oxumadığını deyərək, onun pulunu ödəmək istəməyib. Məsələ böyüyüb və ifaçının köməkçisi polisə müraciət edib. Yalnız polisin gəlişindən sonra ara sakitləşib.

Rəqsanə məlumatı təsdiqləyib. �Mənim dünən qarşılaşdığım dəhşət idi! Polisin müdaxiləsi olmasaydı, yəqin ki, məni öldürəcəkdilər�, - deyə müğənni bildirib: �Mən bu məclisi toy sahibinin qardaşı ilə danışmışdım və beh almışdım. Onların mənə daha 5 min manat borcu qalmışdı. 2 saat oxumalı olsam da, 2,5 saat oxudum. Amma buna görə təşəkkür almaq əvəzinə, ev sahibindən az qala yumruq yeyəcəkdim! Görsəydiniz o, dostları və qohumları ilə birlikdə maşınıma necə soxulurdu, necə sözlər işlədirdi! Sifətimdəki tikişlər təzə sökülüb. Təsəvvür edirsinizmi o məni vursa nə baş verərdi? Allaha şükür ki, polisə zəng vurdum�.

Müğənni bildirib ki, bu gün həmin şəxslər ondan baş verənlərə görə üzr istəyib: �Amma mən bu işi belə qoymayacağam. Bu insanlar əməllərinə görə cavab verməli, müğənnilərlə bu cür davranan insanları nəyin gözlədiyini bilməlidirlər! Polisə ərizə ilə müraciət etmişəm və onların cəzalandırılmasına nail olacağam!� QayNar 

R4suloffR4suloff

OXUNMA SAYI :1039

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az