Masallı bazarı yanıb, ya yandırılıb?||--||


Masallı bazarı yanıb, ya yandırılıb?||--||

8 dekabr 2014-ci ildə, səhər tezdən, 6-ya 5 dəqiqə işləmiş Masallı şəhərinin Köhnə Bazar adlanan ərazidə bir neçə il əvvəl tikilmiş yeni ticarət mərkəzində yanğın baş vermişdir. Yanğın nəticəsində 20-dən artıq dükan yanmış, 10-a yaxın dükan ziyan çəkmişdir. Dükan sahiblərindən Rauf adlı şəxsin bildirdiyinə görə, yanğın səhər saatlarında baş vermiş və qısa müddətdə bütün ətrafı bürümüşdür. “Qısa qapanmaya deyilənlər inandırıcı görünmür. Burada heç vaxt belə nasazlıq olmayıb. Olan dükanlar var ki, içindəki elektrik malları oğurlanıb, sonra yanıb. Burada video-kameralar da olub, lakin yanğın nəticəsində onlar da sıradan çıxıb. Bu ətrafda bir neçə bazar var, hamısının da rəhbəri, sahibi. Yanan dükanlar sırasında isə konkret rəhbər yox idi. Hər öz dükanın sahibi idi. Elə insanlar, həm də əlil olan şəxslər var ki, 2 dükanı var idi. Şəxsən mənim 2 dükanım var idi və 100 min manatdan artıq ziyana düşmüşəm.”

Maraqlı məqamlardan biri də odur ki, dükanların bütün sənədləri olsa da, sıqortası olan dükan yoxdur.

Hazırda yanğınla bağlı bütün ehtimallar araşdırılır.




 

R4suloffR4suloff

OXUNMA SAYI :841

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az