Cənubda qətllər, yanğınlar, intiharlar||--||


Cənubda qətllər, yanğınlar, intiharlar||--||

Dekabr ayının ilk həftələrində Masallı rayonunun Sərçuvar və İsgəndərli kəndlərində intihar hadisələri baş verdi. Sərçuvarda gənc oğlan, İsgəndərlidə isə 2 uşaq anası olan qadın özünü asaraq dünyalarını dəyişdilər.

Masallıda dekabr ayında bir neçə yanğın hadisəsi də baş verdi. Masallı rayonunun Köhnə Bazar adlanan hissəsində 20-dən artıq dükan içərisindəki bütün əşyaları ilə yandı. Dükanların heç birinin sığortası olmadığı üçün ziyançəkənlər yardım ala bilmədilər. Yanğının ilk günü onlara bəzi vədlər verilsə də, bunlar reallaşmadı. Bəzi dükanlar isə içindəki əşyaları oğurlandıqdan sonra yanıb.

Dekabrda Masallının Bədalan kəndindəki məscidin də bir hissəsi yandı. Həmçinin şəhər mərkəzində və Çayqıraq kəndində yaşayış evləri yandı. Çayqıraq kəndində baş verən yanğınla bağlı isə şübhəli söhbətlər dolaşır. Belə ki, həmin evdə yaşayış olmadığı üçün evin hansı səbəbdən yandığı müəmmalı olaraq qalır. Həmçinin həmin evin əşyalarının oğurlandıqdan sonra yandırıldığı bildirilir




Lerikdə 33 yaşlı kişi qayınanası və arvadını öldürdükdən sonra özünə qəsd edib


Dekabrın 23-də Lerik rayon sakini, 33 yaşlı Cəmaləddin Cəbrayıl oğlu Surətov şəxsi münaqişə zəminində qayınanası, 57 yaşlı Laləni, həyat yoldaşı, 24 yaşlı Məhsətini odlu silahla qətlə yetirib. Cəmaləddin Surətov daha sonra uşaqlarını özü ilə götürərək, doğulub boya-başa çatdığı Pirzəküçə kəndinə yollanıb. O, orada özünü də ölümcül yaralayıb. Xəstəxanaya çatdırılan C.Surətovun həyatını xilas etmək mümkün olmayıb. Daha sonra məlum olub ki, onun azyaşlı oğlu da ağır yaralanıb. Qətlin səbəbləri barədə açıqlama verilmir.

Xatırladaq ki, Cəmaləddin Surətov Lerik rayonunda təhsil şöbəsinin müavini işləyən Cəbrayıl Surətovun oğludur. Cəmallədinin öldürdüyü qayınanası isə sabiq təhsil müdiri Hüseynbala Əliyevin yaxın qohumudur. Onun həyat yoldaşı LDU-nu bitirib, ali təhsilli filoloqdur.


Məlumata görə, qətl hadisəsini törədən şəxs Sumqayıt şəhərində işləyir və iki gün öncə rayona, ailəsinin yanına qayıdıbmış.



Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.




Masallıda bir neçə ayın gəlininin başı kəsildi

Onu öldürən həyat yoldaşı bəzən evin ortasında qoyun kəsirmiş


Masallı rayonunun Bala Kolatan kəndində baş vermiş dəhşətli qətl dekabr ayının ən ağır cinayət hadisələrindən birinə çevrildi. Belə ki, 1988-ci il təvəllüdlü Namiq Məmmədov yaşadığı evdə həyat yoldaşı 1990-cı il təvəllüdlü Sevanə Əliyevanın boğazını bıçaqla kəsərək qətlə yetirib.

“Əvvəlcə həyat yoldaşının, sonra isə özünün boğazını kəsib”


Namiq Məmmədovun qardaşı Şərafət Məmmədov Asiya.az saytına bildirib: “O, son günlər dindən, namazdan, insanlara yaxşılıq etməyin faydasından danışırdı. Hadisə baş verən axşam hamıyla zarafatlaşıb, həyat yoldaşıyla deyib-gülüblər, mehriban olublar. Gecə saat 12-yə qalmış otaqdan səs gəlib. Anam otağa keçib ki, nəyin baş verdiyini aydınlaşdırsın. Görüb ki, hər ikisi al-qanın içindədirlər. Arvad qışqıraraq köməyə adam çağırıb. Polis gələndə Namiq özü də al-qanın içindəymiş. Çünki əvvəlcə həyat yoldaşının, sonra isə özünün boğazını kəsib.”

“Mən də ona deyirdim ki, 4 aydır toyun olub, amma işləmirsən. Belə olmaz, gəl Bakıya, sənə kömək edim, mənim yerimdə işlə, növbəylə işə çıxaq. Müstəntiq soruşdu ki, həyat yoldaşını niyə öldürdün? Cavab verdi ki, ya o, məni öldürməliydi, ya mən onu. O, dedi ki, məndə vergi var, sən bunu başa düşməzsən. Əvvəllər iki-üç gün namaz qıldı, daha sonra qılmadı.

Sevanənin dayısı Zeyti Əliyev bildirdi ki, “Onda əvvəllər də buna bənzər psixi problemlər olub. Sadəcə Namiqin psixi probleminin olmasını bizdən gizlədiblər.

Namiq hətta əvvəllər heyvanları – qoyunları gətirib evin içində də kəsib”.

Meyit ekspertizadan keçirildikdən sonra məlum olub ki, Sevanə 3 ay yarımlıq hamiləydi.

Hazırda istintaq gedir.


Cənubda qətllər, yanğınlar, intiharlar||--||Ana 2 yaşlı oğlunu öldürüb


APA-nın cənub bürosunun məlumatına görə, hadisəni törətmiş 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın Lənkəranın Digah kəndində kirayədə yaşadığı evin sahibəsi Xalidə Əliyeva bildirib ki, onun kirəkeşi 2 ay öncə həyətdəki yardımçı yay mənzilində məskunlaşıb. X.Əliyeva deyib ki, Sevinc Bayramova uşağını yastıqla boğaraq öldürdüyünü etiraf edib. Dedi ki, sərbəst yaşamaq istəyir.


Məlumata görə, Sevinc Bayramova uşaq evində böyüyüb. Bir neçə il bundan əvvəl rus millətindən olan oğlanla ailə həyatı qurub. Ondan bir övladı dünyaya gəlib. Yarım il öncə həyat yoldaşı dünyasını dəyişdikdən sonra S.Bayramova yaşadığı mənzildən çıxarılıb. Bir müddət müvəqqəti sığınacaqlarda yaşayandan sonra Digah kəndində məskunlaşıb.



Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Lənkəran rayonunun Dugah kəndində uşaq ölümü faktı qeydə alınıb. Kənddə kirayədə yaşayan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramova 2 yaşlı oğlu Məhəmmədi halsız vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının pediatriya şöbəsinə çatdırıb. Xəstəyə baxış keçirən həkimlər uşaqda həyat əlamətinin olmadığını aşkarlayaraq bu barədə rayonun hüquq mühafizə orqanlarına məlumatlandırıblar. Ana uşağının qidadan boğularaq öldüyünü desə də, istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşdirilib. İstintaqa verdiyi ifadəsində qadın övladını boğaraq öldürdüyünü etiraf edib.



Sevinc Bayramova hüquq mühafizə orqanları tərəfindən saxlanıllıb. Qatil ana övladını öldürməsinə səbəb kimi uşağın ona sərbəst yaşamasına maneçilik törətdiyini göstərib.



Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


 

R4suloffR4suloff

OXUNMA SAYI :1026

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az