Şagirdlər polis rəisini sual yağışına tutdu||--||


Şagirdlər polis rəisini sual yağışına tutdu||--||

“Azyaşlılarla ailə həyatı qurmuş 12 nəfər məsuliyyətə cəlb edilib”


Son vaxtlar keçirtdiyi maraqlı tədbirlərlə diqqəti çəkən Masallı şəhər 1 saylı tam orta məktəbi dekabrın 17-də (2014) növbəti tədbirə imza ataraq Masallı Polis Şöbəsinin rəisi, polis polkovniki Nəriman İmranovla məktəbdə görüş keçirib. Məktəbin direktoru, Respublikanın Əməkdar müəllimi Mirqabil Hüseynov tədbir iştirakçılarını salamladıqdan sonra Nəriman İmranov çıxış edib. Polis rəisi çıxışında son illər rayonda açılmış cinayət işlərindən, bir sıra yerlərdə baş verən oğurluq hallarından, norkomaniyaya qurşanan gənclərdən, azyaşlıların nikahından və sair məsələlərdən danışıb. Daha sonra şagirdlər polis rəisini sual yağışına tutublar.

İlk sual: - Polis peşəsini seçmək istəyənlər nələrə nail olmalıdır?

Cavab: - Öncə bu günün polis işçisi yüksək biliyə malik olmalıdır, həm də yeni texnologiyanı bilməlidir. Sirr deyil ki, indiki cinayətkarların bəzisi daha peşəkar formalardan, hətta texnoloji yeniliklərdən istifadə edir. Savadsız polis işçisi belələri ilə necə mübarizə aparar? İkincisi, polis işçisi cəsarətli, fədakar, idmançı olmalıdır, hər əsən küləkdən titrəyən, çətin məqamlarda əl-ayağı əsən polis işçisi bu sahədə uğur qazana bilməz. Bu günün polis işçisi hər cəhətdən nümunəvi olmalıdır.

İkinci sual: - Uşaqlar həbsxanaya hansı yaşdan salına bilər? Uşaq adam öldürsə, ona hansı cəza verilir?

Cavab:- Heç kim cəzasız qala bilməz. 14 yaşına qədər uşaqlar üçün də xüsusi düşərgələr var. 14, 16, 18 yaşdan sonra onlar daha ciddi məsuliyyətə cəlb edilir. Qısası, kimsə təsəvvür etməsin ki, azyaşlı hansı şəxsə xəsarət yetirərsə, ya onu öldürsə cəzasız qalacaq.

Ən çox suallar isə narkomaniya ilə bağlı oldu.

Suallar. Masallıda norkomaniyaya qurşanan uşaqlar varmı? Norkomaniya hansı bəlalara səbəb olur? Narkotika qurşanan adam ondan uzaqlaşa bilər? Necə olur ki, insanlar narkotikə qurşanır?

Cavab:- Təəsüf ki, narkomaniya günümüzün ən ciddi bəlasına çevrilib. Masallıda da buna meyill gənclər var. Hətta tək-tük olsa da məktəbliləri də, qadınlar da bu işə cəlb edirlər. Öncə çalışırlar ki, imkanlı ailələrin uşaqlarını bu işə şirnikləndirsinlər, sabah maddi çətinlik olanda onlardan faydalansınlar. Norkomniyaya qurşananın geriyə yolu olmur. Ona görə, ona nail olmalıyıq ki, kimsə ilk addımı atmasın, buna öyrəşməsin. Çünki sonra onu sağlam həyata qaytarmaq çox çətin olur. Bəzən çox qəribə hallarla rastlaşırıq. Elə gənclər olur ki, bilərəkdən cinayət edib həbsxanaya düşmək istəyir. Guya həbsdə yatan adam gələcəkdə cavanlar arasında daha hörmətli olur. Amma belələri unudur ki, hətta bir neçə ay həbsxana divarları arasında qalmaq da yeniyetmə gəncin psixasına zərbə vurur, onun bütün gələcəyini sual altında qoyur. Narkomanların cinayət əməlləri də gülüncdür. Onların cinayəti gizlətməyə heç fiziki gücü olmur və tezliklə hər şeyi boyunlarına alırlar.


Sual: Deyirlər bilərəkdən özünü maşının altına atıb yalandan zədələnib pul qazananlar da var?


Cavab:- Bəli belə hallar var. Bəzi kəndlər az qala bu sahədə ixtisaslaşıb. Lakin biz belə fırıldaqçıların maskalarını açırıq.

Polis rəisi daha sonra nəzarətsiz uşaqlar, dilənçiliyə cəlb edilən yeniyetmələrlə bağlı sualları da cavablandırdı


“Azyaşlı qızları ərə verən valideynlər haqqında hansı tədbirlər görülür?” sualı uşaqlar tərəfində böyük coşqu ilə qarşılandı. Həmin sualın cavabında polis rəisi aşağıdakıları bildirdi:

- Evlənmək insan həyatında çox ciddi və xoşbəxt hadisədir. Azyaşlı ilə ailə həyatı qurmaq üçün bu xoşbəxtliyə balta çalmaqdır. Səhiyyə təşkilatının məlumatları var ki, az yaşında evlənən qızların bir çoxu normal ana ola bilmir, dünyaya gətirdiyi uşaqlar ya erkən ölür, ya şikəst olur. Biz hüquqi yolla bu sahədə kəskin mübarizə aparırıq. 12 nəfər gənc azyaşlı ilə ailə qurduğu üçün məsuliyyətə cəlb edilib. Bir çox valideynlərə ciddi xəbərdarlıq olunub. Bu sahədə müəllimlər, valideynlər çox iş görməlidir.


300-dən artıq şagirdin qatıldığı, 2 saata yaxın davam edən tədbir səmimiliyi, maraqlılığı ilə diqqəti daha çox cəlb etdi.

Sonda məktəb rəhbərliyi bu görüşə qatıldığı üçüm polis rəisi, polkovnik Nəriman İmranova minnətdarlığını bildirdi və belə görüşlərin davamlı olmağını arzuladı.

Polis rəisi Nəriman İmranovun şagirdlərlə ikinci görüş Digah tam orta məktəbin iclas zalında keçirildi. Nəriman müəllim bu görüşdə əsas diqqəti narkomaniyanın və az yaşlıların nikahı ilə bağlı problemlərə yönəltdi. Bildirdi ki, hər bir müəllim, hər bir valideyn, sabahımıza cavabdeh olan hər kəs bu məsələlərə olduqca həssaslıqla yanaşmalıdır. Əgər bu işlər yüksələn xətlə getsə bi ciddi fəsadlarla qarşılaşarıq, lakin əl-ələ verib yeniyetmələri birinci addımdan narkomaniya kimi bəladan xilas etsək, şagirdləri orijinal formada maarifləndirsək sabah daha sağlam nəsillə qədəm qoyarıq.



 

R4suloffR4suloff

OXUNMA SAYI :1112

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az