Kollec direktorunun həbsi


Kollec direktorunun həbsi- şayiələrin hansı həqiqətə yaxındır?
Astara Rayon İcra hakimiyyətinin Başçısı Qəzənfər Ağayevlə kollec direktoru arasında doğrudanmı konflikt vardımı?

Bu ilin fevral ayında Astara Pedaqoji kollecinin direktoru Əlihəsən Həmzəyev rüşvət alarkən həbs olunması xəbəri yəqin ki, oxucuların yadındadır. Bu barədə Baş Prokurorluğun rəsmi məlumatından əlavə ortada olduqca çoxlu şayiələr dolaşmaqdadır. Öncə rəsmi məlumatı bir daha nəzərinizə çatdırırıq:
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, respublikada təhsilin inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə mübarizə istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Astara Pedaqoji Kollecinin tələbəsinin həmin kollecin vəzifəli şəxslərinin ondan rüşvət tələb etməsi barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Kollecin direktoru Əlihəsən Həmzəyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin kollecin vəzifəli şəxslərinə tələbələrdən semestr imtahanlarında müsbət qiymət yazılması üçün konkret məbləğlərdə pul alınması barədə göstərişlər verməsində, rüşvət istəməsində və almasında əsaslı şübhələr olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq materiallar əldə edilib.

Faktla bağlı cinayət işi başlanıb və həyata keçirilmiş istintaq tədbirləri ilə Ə.Həmzəyevin kollecin bədən tərbiyəsi və idman şöbəsinin müdiri Aqil Veysəlov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2014-2015-ci tədris ilinin qış imtahan sessiyası zamanı ayrı-ayrı tələbələrdən alınmış ümumilikdə 8 min 200 manat məbləğində pulu xidməti otağında rüşvət kimi almasında, bundan başqa kollecin digər vəzifəli şəxsi vasitəsi ilə tələbədən 100 manat məbləğində pulu rüşvət kimi istəməsində şübhələr üçün əsaslar olduğundan Ə.Həmzəyevə və A.Veysəlova Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu, rəsmi məlumat. Bəs ortada dolaşan şayiələr nədən ibarətdir? Öncə bildirək ki, Həmzəyevlər ailəsi Astara rayonunda ən imkanlı və nüfuzlu ailələrdən sayılır. Bizə verilən məlumata görə, hazırda haqqında 2 aylıq həbs cəzası tətbiq olunaraq saxlanılan kollec direktoru 4 qardaşdır. Əslən Astara rayonunun Siaykü kəndindəndirlər. Qardaşların 4-də nüfuzlu işlərdə çalışıb və çalışır. Belə ki, Əlihəsən Həmzəyev 20 ilə yaxındır ki, Astara Pedaqoji Kollecinə rəhbərlik edir. Digər qardaşı Astara Telekommunikasiya Qovşağının rəisidir. Həmzəyevlərin Əlheydər adlı digər qardaşı uzun illər YAP-ın Astara Rayon Təşkilatına rəhbərlik edib, hazırda bizneslə məşğuldur. Həmzəyevlərin daha bir qardaşı Sankt-Peterburqda tanınmış biznes sahibidir. Həmçinin onun oğlu bu şəhərdə millət vəkilidir.
Həmzəyevlərin tanıyan. istəyənlər az olmasa da, onları qəbul etməyənlər də yox deyil. Şayiələrdən biri də odur ki, bir neçə ay öncə Əlihəsən Həmzəyevə xəbərdarlıq edilib ki, işlədiyi daha bəsdir, konüllü olaraq postunu tərk etsin. Lakin o, bununla razılaşmayıb.
Mənbənin məlumatına görə, hazırda Astarada daxili imkanlar hesabın böyük bulvar inşa edilir. Bu rayondakı hər idarə müdiri bu tikintiyə öz “hədiyyəsini” verir. Kollec direktoru Əlihəsən müəllim də bulvarı öz töhfəsini verib. Lakin deyilənlərə görə, onun verdiyi töhfə rayon rəhbərliyi Qəzənfər müəllimi razı salmayıb.
Növbəti şaiyə ondan ibarətdir ki, Astara Rayon Polis şöbəsi Əlihəsən müəllimin qardaşı Əlheydər Həmzəyevin Pensər kəndindəki restoranına qəfil reyd keçirib və orada xoşagəlməz hallar aşkarlayıb. Lakin Əlheydər müəllim bu reydi özünə qarşı təxribat sayıb və buna görə Astara Rayon Polis Şöbəsinin rəisindən yuxarı təşkilatlara ardıcıl və kəskin şikayətlər etməyə başlayıb. Beləliklə, Həmzəyevlərlə polis rəisi arasında soyuqluq yaranıb.
Gəzən söhbətlər arasında o da var ki, Astara Kollecinə Korrupsiyaya Qarşı mübarizə idarəsinin bu reydi birinci deyil. Ötən ilin payızında adı çəkilən idarə Astara Kollecinə bir dəfə də reyd edibmiş. Lakin sonluq xoşluqla bitib.
Bir müqayisə də maraq doğurur. Son illər cənub bölgəsində fəaliyyət göstərən demək olar ki, əksər ali və orta-ixtisas məktəbləri rüşvət qalmaqalı ilə gündəmə gəlir. Belə ki, 2 il öncə Lənkəran Humanitar Kollecinin müəllimi rüşvət faktına görə məsuliyyətə cəlb olunmuşdu. Bundan bir qədər sonra Lənkəran Dövlət Universiteti rektorunun köməkçisi rüşvətlə yaxalanmışdı.
Hörmətli Qəzənfər müəllimin də bu sahədə ayağını düşərli saymaq olmaz. Belə ki, o, Masallıda rəhbər olanda burada şəhər icra nümayəndəsi Laçın Sadıqzadə Korrupsiyaya qarmı Baş İdarəsinin reydinə məruz qalmışdı, indi, onun Astarada rəhbər olduğu vaxtda isə bu rayonda Kollecin direktoru həmin təşkilat tərəfindən həbs edilib.
Ölkədəki bütün ali və orta-ixtisas məktəblərində belə hallar müşahidə edilsə də nədən Astara Kolleci hədəf seçilib? Yayılan şayiələrin hansında həqiqət yükü daha çoxdur? Necə deyərlər, külək hayandan əsdi? Yəqin ki, bu sahədə aparılan işləri əsil həqiqətə aydınlıq gətirəcək.
RaufR4suloffR4suloff

OXUNMA SAYI :1277

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff