İntaharlar – 2-si Masallıda, 2-si Cəlilabadda


İntaharlar – 2-si Masallıda, 2-si CəlilabaddaBu il mayın 29-da Masallı rayonunun Hacıtəpə kəndində intihar hadisəsi baş verib. 17 yaşlı Səinə Kərimova həyətlərindəki tövlədə özünü asıb. Məlumat üçün bildirək ki, Səbinə 9-cu sinifdən Bakıdakı kolleclərdən birində oxuyurdu. O, 5-6 ay öncə nişanlamış və onun üçün təntənəli nişan mərasimi keçirilmişdi. Verilən məlumata görə Səbinə özünü asmadan öncə kimləsə telefonla danışmış, sonra telefonu hirslə yerə çırpmışdır. O özünü asandan təxminən 2 saat sonra valideynləri bundan xəbər tutmuşdur. Səbina vaxtilə Hacıtıpı məktəbinə rəhbərlik etmiş Fəxrəddin Kərimovun nəvəsidir. Onun atasə ... isə təhsil şöbəsində mühasib işləyir. Hadisənin dəqiq səbəbi bilinmir.
40 yaşlı gəncin intiharı
2-ci intihar hadisəsi isə Masallı rayonunun Gəyəçöl kəndində baş verib. Hazırda Embawoodda çalışan Hacı Hekayət Nəzərovun 40 yaşlı oğlu Əlişli İlkin iyunun 2-də səhər çağı həyətlərindəki ağacdan özünü asıb. Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi deyilir. İ.Əlişli ailənin 3 oğul övladından 1-si idi. Onun 2 övladı olub.
Qarabağ veteranı özünü yandırıb
19 may 2015-ci ildə Mirtahir Miradil oğlu Seyidov Cəlilabad rayonu Polis İdarəsinin qarşısında özünü yandırıb. Qazinin özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub. M. Seyidov həm Qarabağ veteranı, həm də 20 yanvar olaylarının iştirakçısı olub.

M.Mirtahir Bakı şəhərindəki 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirlsə də onu xilas etmək mümkün olmayıb..

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş vermişdi. Qarabağ müharibəsi əlili Həsən Abidinov özünü asaraq intihar etmişdi.

Allah rəhmət eləsin.R4suloffR4suloff

OXUNMA SAYI :2744

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff