Lənkəran Şəhər Polis Şöbəsinin rəisindən şikayət var


Lənkəran Şəhər Polis Şöbəsinin rəisindən şikayət var


Həmin şöbənin sabiq zabiti bildirir ki, bu günlərdə Lənkərana gələcək Azərbaycan Daxili İşlər Naziri, general polkovnik, cənab Ramil Usubovun qəbuluna girməmək üçün onu şərləyib həbs etdirmək istəyirlər. Həmin zabitin Yaşar Şirvanovun nazirə ünvanlandığı məktubu sizə təqdim edirik.
Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general polkovniki Cənab Ramil Usubova!
Hörmətli Cənab Nazir!
Mən 2013-ci ildə Sizin qəbulunuzda olmuşam və Sizin ədalətiniz nəticəsində qanunsuz olaraq çıxarıldığım işimə bərpa olunmuşam.
Lakin Lənkəran Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov mənə qarşı aramsız təzyiqlər edərək, qisasçılıqla məni vəzifədən kənarlaşdırıb. Bu prosesin olduqca ilginc, görünməyən tərəfləri var. Sizin alicənablığınıza və ədalətinizə inandığım üçün qəbulunuz düşmək istəyirəm. Lakin Lənkəran Polis Şöbəsinin rəisi və onun havadarları mənim Sizin qəbulunuza girməyimə imkan vermir və açıq-aşkar deyirlər ki, əgər qəbula gəlsən səni çərləyərək həbs edəcəyik.
Şirvanov Yaşar Zikrulla oğlu.R4suloffR4suloff

OXUNMA SAYI :4997

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff