Polis və narkotik||--||


Polis və narkotik||--||

Narkomaniyanın tüğyan etdiyi Cəlilabadda dolaşan xəbərlər də belələrindəndir. Paralelqəzeti hələ yanvarın 13-də Cəlilabad polis şöbəsinin 2 əməkdaşının narkotik vasitələrin satışı ilə məşğul olduğu və həbs edildiyi barədə məlumat yayıb. Lakin Daxili İşlər Nazirliyi bu xəbəri təkzib etməyib. Daha sonra Millətin səsi qəzeti Cəlilabad rayonu Sabirabad kənd sakini Məhərrəm Rzayevin ölkə başçısı İlham Əliyevə ünvanladığı məktubu yayıb.

Həmin məktubda bildirilir ki, Cəlilabad rayon Polis Şöbəsinin Cinayət Axtarış şöbəsinin sabiq əməkdaşları-polis zabitləri Yaşar Nağıyev və İsmayıl Mirzəyev rayonda narkomaniya və narkomanların müdafiəçilərikimi ad çıxarıblar: Onların adları uzun müddətdir ki, narkotik maddələri qonşu İran İslam Respublikasından qaçaq yolla ölkəyə gətirilənlərlə əlbir olmaq və həmin maddələri öz xüsusi adamları vasitəsi ilə realizə etməkdə hallandırılırdı. Nəhayət, bütün bunlar ötən ay faktiki olaraq və yarırəsmi şəkildə öz təsdiqini tapdı. Belə ki, narkotik maddələrin dövriyyəsi ilə məşğul olan bir şəxs Astara rayon hüquq - mühafizə orqanları əməkdaşları tərəfindən yaxalanıb. Həmin şəxs öz ifadəsində uzun müddət Cəlilabad rayonunda narkotik alveri ilə məşğul olduğunu və bu işdə ona daima rüşvət verdiyi Cəlilabad rayon polis şöbəsinin zabitləri Y. Nağıyevin və İ. Mirzəyevin himayədarlıq etdiyini etiraf edib

Məktub müəllifinin yazdığına görə bununla əlaqədar hər iki polis zabitinin bir neçə gün həbsdə yatdığı barədə yerli əhaliyə polis işçiləri tərəfindən məlumat da sızdırılıbmış.

Lakin hadisədən bir neçə gün sonra onlar sərəncama göndərilmək adı altında vəzifələrindən azad olunaraq sərbəst buraxılıblar. Əslində bütün Cəlilabad əhalisi bu 2 cinayətkar polis zabitinin dərhal həbs olunaraq öz layiqli cəzalarını alacaqlarını gözləyirdi. Amma bu baş vermədi,

Əksinə, deyilənlərə görə həmin polis zabitləri qonşu rayonların polis şöbələrində yenidən işlə təmin olunub

Məktub müəllifi bunun yolverilməz olduğunu yazır və əlavə edir ki, qanunun keşiyində durmalı olan şəxslərin özlərinin belə əməllər törətməsi və nəinki həbs olunmamaları, üstəlik başqa məsul vəzifələrə keçirilərək belə əməllərini davam etdirməsinə şərait yaradılması faktının özü qəbuledilməzdir.

P.S. Qəzetimizə yaxın mənbələr bizə bildirib ki, bu şəxslər az qala hər gün bir neçə adamın cibinə narkotik atıb onları şərləyir və külli miqdarda pul qazanırmış. Nəhayət onların əməli faş olub və bu polislər 2 gün həbsdə saxlanılıb. Bu dəfə külli miqdarda pul almaq əvəzinə külli miqdarda maya qoyaraq nəinki həbsdən azad olunub, həm də digər rayonlarda polis sisteminə bərpa olunublar. Xatırladaq ki, bundan əvvəl daha bir cəlilabadlı, Masallının Boradigah qəsəbəsində gecə bir qadınla rüsvayçı vəziyyətdə, çarpayının altında yaxalandıqdan sonra başqa rayona transfer edilmişdi. Ailəli qadını zorlayan Cəlilabad Polis Şöbəsinin digər işçisi isə sadəcə vəzifəsindən getməklə cəzadan yaxa qurtarmışdı. Bir daha məlum olur ki, polislər ölmür, unudulmur. Bəzi çoxbilmişlərin dili ilə desək İmkan daxilində polisdən qorunun. 

R4suloffR4suloff

OXUNMA SAYI :773

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff