Polisdən intihara gedən yol


Polisdən intihara gedən yolDoğurdanmı, intihar edən şəxsdən polisdə 100 min manat tələb edilib?
Arxif yazılarından. 2010-ci il. Sentyabr
Noyabrin 24-də Masallıya daha bir intihar xəbəri yayıldı – Kalinovka kənd sakini, 24 yaşlı, 2 uşaq atası Əliyev Sərraf Azad oğlu Kalinovka kəndində, calışdığı fermanın yaxınlığındaki Qasımlı stansiyasının binasından özünü asıb.
Ciddi cəhdimizə baxmayaraq, məhrumun yaxınları intiharın detallarını şərh etmək istəməsələr də, bu barədə redaksiyaya bir neçə digər mənbələrdən olduqca ilginc məlumatlar daxil olub.
Deyilənlərin nə qədər həqiqət olduğunu deyə bilməsək də, az qala kütləvi şəlikdə yayılan söhbətlər ondan ibarətdir ki, intihar edən şəxs təxribatın və bəzi polis işçilərinin tamahının qurbandır. Bütün bunları nəzərə alıb eşitdiklərimizi qəzetdə işıqlandırmağı qərara aldıq.
Yayılan məlumata görə intihar edən şəxs – Sərraf Əliyev Masallı şəhərində, xəstəxananın yanənda, əlillər üçün tikilmiş evdə yaşayırmış. Noyabrın 23- də həmin şəxs evdə 14 yaşlı bir qızla “yaxalanıb”. Yayılan söhbətlərdə isə bildirilir ki, bu, xüsusi quraşdırılmış, hazırda intihar etmiş şəxsdən pul qopartmaq üçün təşkil edilmiş bir təxribatdır. Həmin mənbələrin bildirdiyinə görə intihar etmək gəncin evinə göndərilən qızın Sərrafın yaşadığı evə girişindən dərhal sonra Vüqar adlı bir kişi və iki qadın, daha doğrusu, qızın anası və qonşu qadın (Bu qadınların kimliyi redaksiyaya məlum olsa da, biz hələlik olanların adını cəkməyi lazım bilmədik) böyük hay-kuylə qapını döyməyə başlayıb və deyilənə görə, qapını sındırıblar. Həmin “namus keşikcilərinin” hücumundan heç 5 dəqiqə keçməmiş, sanki hazır dayanıblarmiş kimi polislər hadisə yerində peyda olurlar. Polis əməliyyatına Masallı Polis Şöbəsinin tədqiqat bölməsinin əmakdaşı Ənvər Həsənov rəhbərlik edib. Halbuki həmin vəzifə sahibi belə əməliyyatlara getmir, şöbəyə daxil olmuş işləri təhqiq edir. Beləliklə, polislər hadisə yerində yaxalanan “günahkarı”, Sərraf Əliyevi şahidlərlə birgə polis şöbəsinə gətirirlər.
Mənbə onu da bildirir ki, bu qadınlar və Vüqar adlı kişi əvvəllər də həmin azyaşlıdan alət kimi istifadə edərək polislə əlbir olub, bir neçə şəxsi də bu yolla şərləmiş və pul qopartmışlar.
Başqa bir mənbənin bildirdiyinə görə intihardan qabaq Sərraf Əliyev yaxınlarına danışıb ki, polisdə ona ciddi pisxoloji təziqlər edilib. Ona bildiriblər ki, ailəli adamsan, səni rayonda biabır edəcəyik ki, azyaşlı qızın bakirəliyini pozubsan. Onun yanında guya bir neçə telekanalla telefon əlaqəsi saxlayıb, onları polisə dəvət ediblər ki, gəlin bu rüsvayçılığı çəkin. Sonra da guya xahiş ediblər ki, hələ gəlməyin. Həmçini onu hədələyiblər ki, səni içəri atdırıb, başına orda min oyun açdıracağıq və sairə . Daha sonra şərt qoyublar ki, butun bunları istəmirsənsə, imkanlı qohumlarından (xatırladaq ki, intihar edən şəxs tanınmış iş adamı Məşkur Məmmədovun bacısı oğludur) bizim üçün 100 min manat pul təşkil elə. Daha sonra qızın bakirə olduğu aşkarlananda haqq-hesab 100 mindən 50 min manata enib. Hətta Sərrafa şəxsi minik maşınını satıb bu işi “bağlamağı” təklif ediblər. Bununla kifayətlənməyib onun maşınına müştəri də tapıblar. Lakin notariat kontoru saat 6-dan sonra bağlandığı və alqı-satqını rəsmiləşdirmək mümkün olmadığı üçün bu işdən vaz keçiblər . Sərraf Əliyevə təklif ediblər ki, istənilən pulu təcili düzəltmək üçün get, fermandakı inəkləri 2 saata sat, heç olmasa 25 min manat gətir. Sonda Sərraf Əliyevin yaxın qohumu onu zaminə götürərək vaxt istəyib ki, onlara pulu düzəltmək üçün möhlət versinlər, istənilən məbləği düzlədib bir neçə saatdan sonra ünvanına çatdırsınlar.
Beləliklə, Masallı Rayon Polus Şöbəsində 100 min manatdan başlayan “bazarlıq”dan sonra “günahkarı” evə buraxırlar. Düşdüyü vəziyyətdən çıxış yolu axtaran Sərraf rəhbərlik eytdiyi fermaya qəssab gətirib, buradakı mal-qaranı dəyər-dəyməzinə satmaq istəyib. Lakin qəssab onun caşqın vəziyyətdə olduğunu görüb, bu qədər mal-qaranın ucuz qiymətə satması təklifinə şübhələnərək həmin alverə qol qoymayıb. Pul üçün bir neçə qohum-qardaşa da müraciəti boşa cıxandan sonra Sərraf çıxış yolu tapmayaraq, elə həmin axşam 10-11 radələrində çalışdığı fermanın yaxınlığındakı Qasımlı stansiyasinin binasında özünü asıb. Bu intihardan isə bir neçə saat heç kimin xəbəri olmayıb.
Necə deyərlər, insan can hayında, polis isə pul axtarışınsda. Belə ki, bu arada bütün bu işlərə rəhbərlik edən poli zabiti Ənvər Həsənov və “hadisəni”aşkarlayan Yüqar adil şəxs təkidlə onun qohumuna zəng edirlər ki, təcili olaraq razılaşdırlımış məbləğdə pulu gətirsin. Son olaraq Sərrafı zaminə götürmüş həmin şəxsə noyabrın 24-i səhər altınin yarısına kimi vaxt verilir və bildirilir ki, Sərraf pulu gətirməsə, nəinki Sərrafı, bizi aldatdığn üçün sənin özünü də şərləyib içəri atdıracağı və iş yerində, fermada olmadığı üçün yenə qohum-qardaşın qapısına gedib pul axtarmağa başlayır. Bu vaxt ona xəbər verirlər ki, Sərrafın asılmış vəziyyətdə meyiti tapılıb. Ən qəribəsi isə odur ki, bu barədə Masallı Rayon Polis Şöbəsinə xəbər veriləndən 3 saat sonra onlar hadisə yerinə gəlirlər.
Polisə yaxın olan və Masalllı Rayon Polis Şöbəsindəki incik işcilərə istinadən bizə verilən məlumata görə bu intihar xəbəri polisdə böyük caşqınlıq yaradıb. Məlum olub ki, 23-i səhər saat 12.00-dan axşam saat 18.00-a kimi polisdə saxlanılan Sərraf Əliyev barəsində növbətçi kitabında heç bir qeydiyyat aparılmayıb.
Öləndən 1 saat sonra polisə “”gələn” günahkar
Halbuki azyaşlını zorlayan şəxs haqqında dərhal həbs qəti imkan tədbiri seçilməli, rayon prokurolu və Daxili işlər Nazirliyi hadisə ilə bağlı dərhal məlumatlandırılmalı idi. Lakin bunları etmək əvəzinə, polislər intihar hadisəsini eşidəındən bir neçə saat sonra kitabda qeydiyyat aparıblar ki, guya Sərraf həmin gün axşam 22.57 dəqiqədə polisə gətirilib. Həkim-ekspert komisiyasının verdiyi rəydə isə intiharın 12-15 saat əvvəl baş verdiyi müəyyənləşib. Bu da o nəticəyə gətirir ki, Sərraf intihar edəndən guya 3-4 saat əvvəl polis şöbəsinə “gətirilib”. Bir qəribləkdə ondan ibarətdir ki, kitabda Sərrafla bağlı qeydiyyatı 23 noyabrda axşam növbətçi olan şəxs yox, noyabrın 24-də gündüz növbədə olan növbətçi aparıb. O da bildirilib ki, ekspertiza zamanı Sərraf Əliyevin həmin 14 yaşlı qızla nəinki intim, heç fiziki yaxınlığı ilə bağlı hər hansı hal da müəyyənləşdirilməyib.
Yuxarlda qeyd etdiyimiz kimi bütün bu işlərin səbəbkarı polis şöbəsindən təhqiqit bölməsinin, həmçinin Sərrafı dindirəndən birinin Masallı Rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımov olduğu bildirilir. Konkret desək, o da bu işin içində olub. Polisə yaxın mənbələr bildirir ki, bu idarədə belə hallar - insanların narkotiklə və qadınla şərlənməsi heç ilk dəfə deyil.
Bu hadisə Sərraf Əliyevin yaşadığı kənddə böyük hiddətlə qarşılanıb. Hüzrə gələn rayon icra hakimiyyəti başçısınin və polis şöbə rəisinin əvvəl məclisə buraxmaq istəməyiblər. Sonda ağsaqqallar işə qarışaraq məsələnin hüququ yolla həll edilməsini məsləhət biliblər.
Masallı Rayon Polis Şöbəsi rəisi Əkbər Yusifovun bu işdən xəbərisiz olduğu, hazırda polis şöbəsində bəzi qarşıdurmalar haqqında da məlumatlar dolaşır. Amma inandırıcı deyil ki, 14 yaşlı qızın zorlanması ilə bağlı şöbədə 6 saatdan artıq insan saxlanıla, ortada 100 min manatlıq “bazralıq” söhbəti ola, rayonun hər künc-bucağındakı işlərdən dərhal xəbəri olan polis rəisi bu böyüklüdə həngaməni bilməyə.
Bütün bunlar müxtəlif mənbələrdən əldə etdiyimiz məlimatların bir hissəsidir. Hansı ki, onların bəzisini qələmə almaq mümkünsüzdür.
Qarşı tərəfin rəyini isə öyrənmək üçün öncə polis şöbəsinə müraciət etdik. Dedilər ki, bu işlə Masallı Rayon Prokurorluğu məşğul olur. Rayon prokuroru Rizvan Həsənovun qəbulunda olarkən isə o bizə bildirdi ki, hadisə ilə bağlı isdintaq gedir, AR Cinayyət Məcəlləsinin 225 – ci (ölüm həddinə çatdırmaq) maddəsi ilə cinayyət işi açılıb. Əlavə heç nə deyə bilmərik.
Məhrumun qohumları isə günahkarların qanun çərçivəsində cəzalandırlıması üçün bütün hüquqi imkanları işə salıblar.
Haşiyə. Polisin belə işlərlə pul qazanmaq üçün bəzi şəxsləri narkotik və azyaşlı qızlarla ləkələməsi haqda xəbərlər heç də ilk dəfə deyil. Oxucuların yadındadırsa, oktyabr ayında Yardımlı rayonundan redaksiyaya müraciət edən şikayyətcilər də eyni xarakterli təxribatdan danışırdılar. Onlar da bildirirdi ki, məhz polislər azyaşlı qızı əllərində alətə cevirərək rayon cavanrlarını şərləyib pul qopardırlar. Elə ötən sayımızda “9-da həbs edildi” yazısına həbs edilən olay da, narkotiklə həbs edilən bir gəncin həmin günün səhərsi gün dünyasını dəyişməsi polisə başucalığı gətirən əməl deyil.
Görünür, ilin əvvəlində Masallıdakı polis şöbəsindəki rəhbər dəyşikliyi olandan sonra üzərinə qoyulan “tas” ların bir neçə dəfə artırması səbəbindən bu şəxslərin iniltisi, qarğışı yerdə qalmayıb. Polis “dimdiyindən” ilişib. Yayılan məlumatlara görə intihar edən şəxsin yaxın qohumları bu intihara şərait yaratmış şəxslərin cəzalandırılması üçün bütün imkanları işə salıblar. Həmin şəxsilər isə heç də zəif adamlar deyil və bu “xəmir”in olduqca çox “su” aparacağı şubhə doğurmur. Görəsən, bu şöbədə bəzilərinin oruc-namazla məşğul olması bu böyüklükdə haqsızlığın ört-basdır edilməsində onlara kömək edəcəkmi?
Doğurdanmı, kimlərsə həyatını qurban verməlidir ki, bəzilərinin əməlləri faş olunsun? Yoxsa, öz qapımızda “qar” yağmayınca, belə təxribatların “saxtası” bizə catmır? Yuxarıda qeyd etdiyimiz kimi, Masallı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev də hüzür məclisində iştirak edib. Çoxları isə səbirsilikə gözləyir ki, seçkiöncəsi insan hüquqları barədə xeyli vədlər verən deputatlar bu ilginc olaya necə reaksiya verəcəklər.
Zahir R4suloffR4suloff

OXUNMA SAYI :2153

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az