Masallılı gənc İsveçrədə həlak olub


Masallılı gənc İsveçrədə həlak olub Masallılı gənc İsveçrədə həlak olub
O şəxsi avtomobilində gölə düşərək boğulub

Masallı rayonunda böyüyüb başa çatmış Yaqubovlar ailəsinə olduqca ağır itki üz verib Yaqubov Mahir Əyyub oğlunun 23 yaşlı oğlu Yaqubov Azər İsveçrədə faciəli şəkildə dünyasını dəyişib. Məlumat üçün bildirək ki, Azər Yaqubov "AzAL" QSC-nin Moskvadakı nümayəndəliyinin keçmiş rəhbəri Mahir Yaqubovun oğludur. Ölən gəncin əmisi Zahir Yaqubov Masallıda yaşayır. Həmçinin ölən gənc Köhnə Alvadı məktəbinin sabiq direktoru Tünzalə Yaqubovanın qardaşı oğlu, Masallı şəhərinin sabiq “meri” Laçın Sadiqzadənin dayısı oğludur.

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, dünən qəzada ölən 23 yaşlı Azər Yaqubov həlak olduğu avtomobil qəzası İsveçrənin Tiçino kantonunda baş verib. Azər Yaqubovun idarə etdiyi "BMW X6" markalı avtomobili Luqano gölünə düşüb. Nəticədə sürücü və yanındakı xanım sərnişin ölüb.

Rusiya mətbuatı Azər Yaqubovun sərnişinin rusiyalı iş adamı Platon Lebedevin nəvəsi, Azər Yaqubovun isə Rusiya Nazirlər Kabinetinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin bacısı oğlu olduğunu yazıb.
Bəzi məlumatlara görə maşında onunla birgə ölən xanımla onları bir-birinə dostluq münasibəti bağlayırmış.

Masallılı gənc İsveçrədə həlak olubƏvvəldən xəbər verildiyi kimi Azər Yaqubov RF hökümətində çalışan Şıxlınskinin qohumu deyilmiş. Azərbaycan KİV-nin məlumatına görə Azər Yaqubov "Azərbaycan hava yolları" QSC-nin Moskvadakı federal nümayəndəliyinin sabiq rəhbəri Mahir Yaqubovun oğludur.

Azər son 9 ildə İsveçrədə yaşayıb. Oranın TASİS özəl elit məktəbində təhsil alıb və sonra ondan daha az prestijli olmayan Franklin kollecində oxuyub.

Göründüyü kimi gəncə ailəsi böyük gələcək hazırlayırmış.

Azər Yaqubvun oxuduğu TASİS məktəbi İsveçrənin fransız hissəsi Luqanoda yerləşir. Məktəbin tələbə yataqxanası 17 əsrə aid Villa De Nobili sarayında yerləşir. Məktəbdə italyan və ingilis dilləri bölmələri var.

Burada 4 yaşından 18 yaşına kimi 50 müxtəlif millətdən olan 650 uşaq təhsil alır. Valideynlər uşaqlarının təhsilinə 2016-2017 təhsil ili üçün 75 min isveçrə frankı xərcləyir ki, bu da 69959.94 avroya bərabərdir.

Yaqubovun İnstagramdakı səhifəsindəkı fotolar onu göstərir ki, Diana Lebedeva ilə yaxın münasibətdə olmayıblar. Onların birlikdə şəkilləri yoxdur. Ola bilsin onlar sadəcə yaxşı dost imişlər.

Bəzi məlumatlara görə Mahir Yaqubov oğlu ilə qəzadan bir gün əvvəl telefonla danışıb. Onun sözlərinə görə Azər spirtli içkidən istifadə etmirmiş, ümumiyyətlə onun olduqca sağlam həyat sürdüyü bildirilir.

Haqqın.az-ın verdiyi xəbərə görə qəzanı görən şahidlər olmadığından gölə düşən avtomobili bir neçə saat ərzində tapmaq mümkün olmayıb.

Saytın xəbərində o da bildirilir ki, Yaqubovun qohumları onun cəsədinin tanınması üçün İsveçrəyə gediblər. Yaxın saatlarda qəzada həlak olanların nəşi Rusiyaya göndəriləcək.
Mahir Yaqubovun yaxın qohumlarından əldə etdiyimiz məlumata görə 23 yaşlı Azər gənc nişanlı imiş. Qaynatası rəhmətə getdiyi üçün toyu təxirə salınıbmış.
Olduqca parlaq gələcəyi ölən gəncin faciəli həlakı böyük təəssüf doğurur. Onun atası Mahir Yaqubova dərin hüznlı başsağlığa verir, Allahdan ona hüzr diləyirik.
Aldiğimiz məlumata görə Azər Yaqubovun dəfn mərasimi Moskvada olacaq.
Yazı haqqın.az, Miq.az və Mahir Yaqubovun yaxınlarının məlumatları əsasında hazırlanıb.
ZahirR4suloffR4suloff

OXUNMA SAYI :2800

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff