Cənuba keçirilən heroinlər


Cənuba keçirilən heroinlərAstarada vətəndaşın düz bağırsaqdan keçirdiyi 46 qram heroin haqqında rəsmi məlumat yayıldı.

Bir neçə gün öncə Yardımlı rayon ərazisində masallılılardan tutulan heroin haqqında hələ də rəsmi xəbər yoxdur.

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı zərurət yarandığı üçün vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib.

Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 46,005 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məlumat üçün onu da bildirək ki, bir neçə gün öncə İrandan Yardımlı rayonu vasitəsi ilə ölkəmizə keçirilən heroin haqqında da məlumat yayılmışdı.

Həmin məlumata görə Masallı Rayon vətəndaşları Yardımlı rayon ərazisində heroin alarkən yaxalanıblar. Hadisə zamanı atışma olduğu, heroin alverçilərinin yarğandan tullanmaq istərkən ayaqlarının sındığı, Masallı Mərkəzi Xəstəxanasında tibbi yardım aldıqdan sonra Bakıya aparıldığı barədə məlumatlar dolaşır.

Tutulan heroinin çəkisi haqqında da şayiələr fərqlidir - 2 kq deyən də var, 12 kq deyən də.


O da bildirilir ki, olayın üzləri olduqca fərqli ünvanlara çıxır.

Əldə etdiyimiz məlumatlar tam dəqiqləşmədiyi üçün hələ ki, tam açıqlaya bilmirik. Görək rəsmilər nə deyəcək?
R4suloffR4suloff

OXUNMA SAYI :540

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff