Lənkəranda 6 günlük körpə öldürülərək quyuya atılıb


Lənkəranda  6 günlük körpə öldürülərək quyuya atılıbHadisə Darquba kəndində qeydə alınıb

Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb.

Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər.
Hadisə zamanı evdə qaynana və körpənin atası da olub.

Bir neçə gündür oğurlanan körpənin cəsədi bu gün quyuda aşkar edilib.

Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Qeyd edək ki, M.Nurullayeva ailənin ikinci qız övladı olub.
(APA)R4suloffR4suloff

OXUNMA SAYI :497

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az