Lerikdən Masallıya çobanlıq etməyə gələn şəxslər 33 baş qoyun-quzunu oğurlayıb


Lerikdən Masallıya çobanlıq etməyə gələn şəxslər 33 baş qoyun-quzunu oğurlayıbMasallının Yeddioymaq kəndi ərazisində Azad Əliyev ə məxsus 13 baş, Təzəkənd kəndi ərazisində isə Novruz Abbasov a məxsus 11 baş qoyunun oğurlanması barədə Masallı Polis Şöbəsinə məlumat verilib.

Masallı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, bu şəxs Lerik rayonundan Masallıya çobanlıq etməyə gələn Ağası Cəfərov dur.

Ona bu işdə Masallıda çobanlıq edən həmyerliləri Afiyəddin İmanlıƏliağa İmanov da köməklik edib.

Artıq hər 3 şəxs polis tərəfindən saxlanılıb. Onlar bundan başqa Şıxlar kəndi ərazisində də fermalardan birindən 9 baş qoyun oğurladıqlarını etiraf ediblər.

Qeyd edək ki, oğurlanan xırdabuynuzlu heyvanların bir hissəsi bazarlarda, bir hissəsi isə qəssablara satılıb.

Fakt araşdırılır.

R4suloffR4suloff

OXUNMA SAYI :239

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff