Cənubda daha bir qəza və 2 ölüm


Cənubda daha bir qəza və 2 ölümTəkcə bir gündə Masallı və Lənkərandakı qəzalarda 4 nəfər ölüb, 7 nəfər yaralanıb


Lənkəranın Liman şəhərində 2 nəfərin ölümü, 5 nəfərin isə yaralanması ilə nəticələn qəza barədə məlumat vermişdik. Təəssüf ki, bu, eyni gündə baş verən biri imiş. Belə ki, axşam üstü Masallıda da dəhşətli yol qəzası baş verib.


Hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi “Toyota Prado” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildə olan sərnişinlər – 1968-ci il təvəllüdlü Aidə Həsənova Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Avtomobilin sürücüsü və digər sərnişin
Həsənov Zamiq Rafiq oğlu xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, avtomobildəki şəxslər Bakıdan Lənkərana yas mərasimində iştirak etmək üçün gediblər.
Hadisə onlar yas mərasimindən qayıdan zaman baş verib.
(APA)

R4suloffR4suloff

OXUNMA SAYI :496

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff