Niyə cənubda bəd xəbərlər çoxdur?


Niyə cənubda bəd xəbərlər çoxdur?İnsanlar bəd xəbərlərdən bezib, lakin onlar azalmaq bilmir.

Elə bu səhər, 27 avqustda kompüteri açan kimi cənubdan 3 bəd xəbərlə qarşılaşdım - Cəlilabadda qətl, Lənkəranda qəza,

Masallıda 8 yaşlı uşağın boğulması.
Çox axtardım ki, böyrünə bir-iki şad xəbər də qoşam tapa bilmədim.
Məcburam ki, həmin bəd xəbərləri sizə təqdim edəm. Yəni, iş mənlik olmadı.
Cənubdan şad xəbər bilən varsa, bildirsin, işıqlandıraq.



Cəlilabadda ər arvadını qətlə yetirib.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Vuqar Mürsəlov küçəsində qeydə alınıb.
Şəhər sakini 1974-cü il təvəllüdlü İsmayıl Əliağa oğlu İsmayılovla həyat yoldaşı Sevda İsmayılova arasında məişət zəminində mübahisə yaranıb.

Münaqişə zamanı o, həyat yoldaşının baş nahiyəsinə küt alətlə bir neçə zərbə endirib.

Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən İ.İsmayılov polis tərəfindən saxlanılıb.

Fakt araşdırılır.


Masallıda 8 yaşlı oğlan göldə batıb.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb.
Kənd sakini 2009-cu il təvəllüdlü Elməddin Abdul oğlu Abdullayev yaşadığı evin yaxınlığında kiçik bir göldə, valideynlərindən xəbərsiz çimmək istəyib.

Göl dərin olduğundan o, orada batıb.

Qardaşının hadisə barədə dərhal valideynlərinə xəbər verməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Azyaşlının meyiti yaxınları tərəfindən sudan çıxarılıb.


Lənkəranda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat

hadisəsi baş verib.



"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralı yaxınlığında, şəhərin Fizuli küçəsinin döngəsində qeydə alınıb.
Belə ki, Tağıyev Ağamir Rəfi oğlu idarə etdiyi "VAZ-2106" markalı, 10 KM 483 dövlət seriya nişanlı avtomobillə şəxsiyyəti hələ müəyyənləşdirilməmiş orta yaşlı piyadanı vurub.

Nəticədə piyada ağır kəllə-beyin travması alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Fakt araşdırılır.


R4suloffR4suloff

OXUNMA SAYI :697

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az