Cənubda xokkey||--||


Cənubda xokkey||--||

Astarada, Cəlilabadda, Lənkəranda, Masallıda bu məqsədlə yaradılmış komandalar ölkə miqyaslı yarışlarda uğurla çıxış edir. Həm də maraqlıdır ki, Lənkəranda və Astarada bu komandaların məşqçisi xanımlardır. Belə ki, Astarada yeniyetmələr arasında otüstü xokkey komandasına rəhbərlik edən İlhamə Şiriyeva həm də vaxtilə ölkə çempionatında uğurla çıxış edib. Onun lənkəranlı həmkarı Aida Mustafayeva bu sahədə ölkə miqyasında sözünü deyən idmançılardandır. Aida xanımım bir özəlliyi də odur ki, o Lənkəranda yeniyetmə oğlanlarla yanaşı yeniyetmə qızlar üçün otüstü xokkey komandası təşkil edib. Cəlilabadda bu missiyanı üzərinə götürən, cənubda otüstü xokkeyin inkişafında əvəzsiz xidmətləri olan və bu zonada ilk xokkey komandası yaradanlardan biri Kərim müəllimdir.

Bütün bu məlumatları bizə həm Masallıda otüstü xokkey komandasına rəhbərlik edən, həm cənub zonası üzrə baş məşqçi funksiyasını yerinə yetirən Cəmil Bəşirov bildirdi.

Məlumat üçün bildirək ki, Cəmil müəllim Masallıda anadan olub. Bədən tərbiyəsi institutunu bitirib. Futbol üzrə ixtisaslaşıb. Tələbəlik illərində

təsadüfən otüstü xokkeylə məşğul olub. Daha sonra bu sahədə fəaliyyətinin yaxşı alındığını görüb otüstü xokkeylə ciddi məşğul olmağa başlayıb. Qısa müddətdə ölkənin yığma komandasına daxil edilib və Belorusda keçirilən gənclər arasında Beynəlxalq turnirdə çıxış edib. Onun bildirdiyinə görə SSRİ-nin otüstü xokkey komandasının məşqçisi hətta onu xarici ölkəyə səfərdə yığma komandanın tərkibinə dəvət edib. Lakin texniki işlərdə problemlər buna mane olub.

O bir müddət Tahir Zeynalovun baş məşqçiliyi ilə Bakının Azneftkimya komandasında oynayıb. SSRİ çempionatında çıxış edib.

Daha sonra doğma rayonu Masallıya qayıdan Cəmil əvvəl Musakücə, daha sonra isə şəhər 1 saylı orta məktəbində idman müəllimi işləməyə başlayıb. 2007-ci ildə Otüstü Xokkey Federasiyasının baş katibi Adil Paşayevin təklifi ilə Masallıda otüstü xokkey komandası yaradıb. Daha sonralar isə cənub bölgəsi üzrə baş məşqçi təyin edilib.

2008-2009-cu illərdə keçirilən turnirlərdə onun rəhbərlik etdiyi Masallı komandası (1991-93-cü təvəllüdlü yeniyetmələr arasında) 4-cü yeri və (1994-95-ci təvəllüdlü yeniyetmələr arasında) 2-ci yeri tutub.

2009-cu ildə zona üzrə baş məşqçi təyin ediləndən sonra təkcə rayonun yox, zonanın təmsilçisi kimi komanda hazırlayıb. 2009-cu ilin noyabrında 1994-95 təvəllüdlü yeniyetmələr arasında ölkə üzrə turnir keçirilib və cənub komandası 3-cü yeri tutub. Bu yarışmada cənubdan 7 nəfər, o cümlədən 1-i Lənkəran, 6 nəfəri Masallıdan olmaqla ən yaxşılar Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasına düşüb.

Bundan əlavə Cəmil müəllim ölkə üzrə yeniyetmələrdən ibarət milli komandanın məşqçi heyətinə daxil olub. Bu ilin əvvəlində Misirdə keçirilən təlim-məşq toplanışında məşqçi kimi iştirak edib.

Bu ilin iyul ayında Sloveniyada keçiriləcək Avropa çempionatına cənubdan 3 idmançının iştirakı gözlənilir.

Cəmil müəllim onu da bildirdi ki, ölkə üzrə otüstü xokkey komandasına Vergilər Nazirliyi sponsorluq edir. Heç bir maddi problemləri yoxdur. Komandaya istənilən qədər idmançı cəlb etmək imkanımız var. Özünü doğruldan yeniyetmələrin yol, geyim və sair xərcləri ödəniləcək. Hazırda Xırmandalıdan 20 gənc məşqlərə cəlb edilib.

Cəmil müəllimin ən böyük arzusu gələcəkdə təkcə yeniyetmələr arasında yox, gənclərdən ibarət komanda yaratmaqdır. 

R4suloffR4suloff

OXUNMA SAYI :904

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff