“Viləş ” yenidən toparlandı||--||


“Viləş ” yenidən toparlandı||--||

AFFA Həvəskarlar Liqasında Masallı rayonunu təmsil edən komandalar çempionat çərçivəsində ilk oyunlarını keçiriblər. Maliyyə çətinliyindən “Viləş” klubu ilk oyunlarda iştirak etməyib.

İlk oyununu İmişli rayonunda keçirən boradigahlılar səfərdə yerli komandanın qapısından 3 top keçirib, öz qapısından isə 2 top buraxaraq qələbə qazanıblar. Daha sonra imişlilərlə Boradigahda qarşılaşan “Boradigah” komandası öz meydanında onunla heç-heçəyə razılaşıb. Boradigahlılar 2-ci qələbəsini isə öz meydanında Beyləqan komandası ilə oyunda qazanıb. Bu komanda 2-ci məğlubiyyətini də Beyləqanda yerli komandadan alıb. Son oyunda isə Masallı şəhərində “Viləş” komandasına 2:0 hesabı ilə məğlub olub. Dekabrın 28-də, bazar günü boradigahlılar doğma divarlar arasında İmişli komandasını qəbul edəcək.

“Boradigah” komandasının rəhbəri Mahir Bağırovdur.

Komandanın baş məşqçisi Elgiz Quliyev, məşqçisi ( o, həm də komandanın oyunçusudur) astaralı Ümid Hüseynovdur. Komandada Astaradan 3, Lənkərandan 2 futbolçu çıxış edir.

Çempionata bir qədər gec başlayan “Viləş” öz meydanında beyləqanlılar və boradigahlılarla keçirdiyi oyunların hər birində rəqib qapısından 2 cavabsız top keçirib. Salyanda keçirdiyi oyunda isə 1:1-lik heç-heçəylə razılaşıb. Komanda bu gün, dekabrın 28-də Salyanda yerli Qaraçala komandası ilə qarşılaşacaq. Komandaya Seyran Babayev rəhbərlik edir.

Hər iki Masallı komandası hələlik 7 xal toplayıb və komandalar daxili imkanlar hesabına maliyyələşir.

Xatırladaq ki, Həvəskarlar Liqasında komandalar 5 qrupda qüvvələrini sınayır. Hər qrupdan 2 komanda növbəti mərhələyə vəsiqə qazanacaq.


QEYD: Bir qədər bundan əvvəl aldığımız məlumata görə “Viləş” İmişlidə yerli komanda ilə keçirtdiyi oyunu heç-heçə (2-2) başa vurub. Beyləqanlılar isə Boradigahda yerli komanda ilə keçiriləcək görüşə gəlmədiyi üçün ona texniki məğlubiyyət verilib.

 


 

R4suloffR4suloff

OXUNMA SAYI :1083

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff