Məlahət müəlliməyə təbriklər


Məlahət müəlliməyə təbriklər Lənkəran şəhərindəki 4 saylı Hümanitar təmayüllü tam orta məktəbin müəllimi Tağıyeva Məlahət Hacıbala qızı
Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adına layiq görülüb. Məlahət müəllimi uzun illərdir ki, pedaqoji sahədə çalışır. Ölkə miqyaslı bir sıra yarışlarda onun şagirdləri ciddi uğurlar qazanıblar.
Bir müddət Lənkəran Gənclər İdarəsinin direktor müavini işləyib, ictimaiyyətçi qadın kimi insan hüquqları ilə bağlı bir sıra layihələrin reallaşmasında fəal iştirak edir. Əslində o, bu addan öncə təşkilatçılığı, yüksək fəallığı və səmimiyyəti ilə təkcə Lənkəranda yox, cənubda çoxlarının fəxrinə çevrilmişdi. Məlahət xanımı bu sevincli günlərində “Cənub xəbərləri” qəzetinin kollektivi adından ürəkdən təbrik edir, onu arzularından da uca uğurlara qovuşmağı arzulayırıq.R4suloffR4suloff

OXUNMA SAYI :2527

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff