Olimpiya Məşəlindən “ASAN” xidmətədək


Olimpiya Məşəlindən “ASAN” xidmətədəkMasalli-Ərkivan yoluna isə yaxın həftələrdə asfalt döşənəcək


Naxçıvan Muxtar Respublakasından start götürən Olimpiya məşəli daha sonra cənub bölgəsinə gətirilib. Lənkərandan sonra estafeti mayın 1-də Lerik və Astara rayonlarında davam etdirilib. Həmin gün Astarada yeni salınmış bulvarının da təntənəli açılışı olub.
Mayın 2-də isə (günün 1-ci yarısında) məşəlçilər Yardımlı rayonunda, günün 2-ci yarısında isə Masallı rayonlarında olacaqlar.
Məşəl Masallıdakı Olimpiya kompleksinin qarşısında qəbul edildikdən sonra prospekt boyu aparılaraq Qarabağ küçəsi (şəhər 1 saylı tam orta məktəbə gedən yol) boyu 3,6kilometr yola keçirilərək icra hakimiyyətinin qarşısına gətiriləcək. Burada təbrik nitqləri və musiqi proqramı olacaq. Məşəl Olimpiya oyunları başa çatanadək, iyunun 28-dək Heydər Əliyev Mərkəzinin qarşısında alovlanacaq.
Mayın 3-də isə məşəl estafeti Cəlilabad və Biləsuvar rayonlarında davam edəcək.
Bu ərəfədə Masallıda maraqlı təqdimatlar olub. Belə ki, Masallı Olimpiya kompleksi yaxınlığında 200 nəfərin çalışacağı, 10 rayonuəhatə edəcəl ASNA xidmət binasının təməli qoyulub. 2,5 hektar sahəni əhatə edəcək bu tikilinin ətrafında əyləncə mərkəzi, kafe, otel, kitabxana, ticarət mərkəzi və sair fəaliyyət göstərəcək. Bu binanın 2016-cı ilin əvvəlindıə istifadəyə veriləcəyi planlaşdırılıb.
Bundan əlavə Seybətin ərazisi yaxınlığında Yaponiya səfirliyinin dəstəyi ilə Zibil emali zavodunun təməli qoyulub ki, bu obyekt də sentyabr ayında istifadəyə veriləcək.
Ərkivan-Masallı yolunun əsaslı təmirinə isə yaxın həftələrdə başlanacaq. Bundan əlavə yaxın günlərdə Digah küçəsi və İsgəndərlidə inşa edilən Uşaq Bağçası binası istiqamətinə gedən yollara asfalt döşənəcək.R4suloffR4suloff

OXUNMA SAYI :2998

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff