Ərkivan futbolu dünən və bu gün


Ərkivan futbolu dünən və bu günÖlkəcə məşhur Masallı rayonunun Ərkivan qəsəbəsinin tarixində olduqca maraqlı məqamlar var. Həmin məqamlardan biri də qəsəbənin futbol tarixidir. Aşağıda təqdim edəcəyimiz, “Ərkivan” qəzetinin 1995-ci il 15 sentyabr tarixli sayında çap olunmuş “Ərkivanın futbol tarixi” yazısında qəsəbənin futbol tarixi qismən işıqlandırılıb.
“ƏRKİVAN FUTBOLÇULARI
Təkçə kəndin, rayonun yox, respublikanın futbol tarixində Ərkivanın özünəməxsus xidmətləri vardır.
Belə ki, 1988- çi ildə Ərkivan kənd komandaları arasında respublika birinçiliyinin qalibi kimi, “QIZIL SUNBUL” kubokunun sahibi oldu. Ukraynada keçirilən yarışlarda Ərkivan Azərbaycanı təmsil etdi. İlk 10 komanda arasında yer tutan Ərkivan futbolçuları ən intizamlı və texnikalı komanda üçün təsis edilən mükafata layiq görüldü. Ən yadda qalan isə ərkivanlılar həmin yarışlarda erməniləri ağır məğlubiyyətə uğratdılar.
Ərkivanda futbol əsasən 50-çiillərin ortalarından sürətlə inkişaf etməyə başladı. Ərkivanlılar müntəzən olaraq kolxozlar arasında rayon futbol birinçiliyində 1-çi yerə cıxmış, məktəblilər arasında yarışlarda isə əsasən, “yarı xoş-yarı guc” yerli komandaya “məğlub olub”, 2-çi yeri tutmuşlar.
Həmin illərdəki qələbələrə görə Ərkivan futbolu iltifat Abdinova, Xanoğlan Abdinova, Davud Hüseyinova, Polad Əbilova, İgid Əhmədova və başqalarına minnətdardır. Daha sonralar bu estafeti İmamverdi Hənifəyev, Qəhrəman Məmmədov, Həmdulla Bədələov, Səməd Səmədov davam etdirdi.
70-çi illərdə Ərkivan futbolunun yüksəlişi SEYRAN ƏLİYEVİN adı ilə cox bağlıdır. Məhz onun təşkilatçılığı və gözəl oyunu nəticəsində, Ərkivan istər məktəblilər, istər yaşlılar arasında dəfələrlə rayon çenpionu olub. Respublika və Ümymittifaq yarışlarına vəsiqə alıb.
Təkçə bir faktı qeyd edək ki, 1976-78-çi illərdə “VİLƏŞ” komandasının əsas heyətində cıxış edən 9 nəfər ərkivanlı var idi.
1990-cı ildə 2-ci qrupda Azərbaycan cenpiyonu olan ərkivanlırar ançaq sponsorun maddi köməyi olmaması uçbatından 1-ci qrupda cıxış edə bilmədilər.
Bu gün (söhbət 1995-ci ildən gedir) rayonun “Biləş”futbol komandasında ərkivanlı Əlidadaş Məmmədov, Qəhrəman Mustafayev, Mirəli Bağırov və başqaları çcıxış edir.
Yaxın kecmişdə isə Nazim Bağırov, Rafiq və Rahib Babayevlər, Balayar İbayev, Canəli və başqaları “Biləş”də Ərkivanı təmisil etmişlər.
Ərkivan qəzeti. Sentyabr 1995”
Biz bu araşdırmalarınızı davam etdirəcək, ərkivanlı futbolçular haqqında sizi maraqlı yazılarla tanış edəcəyik. Bu sahədə maraqlı məlumatları və fotoları olanlar bizə müraciət edə bilərlər
İndi isə Ərkivan qəsəbə futbolunun bu günündən söz açmaq istəyirəm. Müsahibim “Ərkivan” Futbol klubunun baş məşqçisi Cəsarət Bədəlovdur (Qızılaküçə məh.):
- Biz 6 qardaş olmuşuq. Hamımızın da futbol oynamışıq. İllərlə Ərkivan futbolunun öndə gedənlərindən olmuşuq. Rayon səviyyəli yarışmalarda öncüllər sırasında yer tutmuşuq. Bir müddət Ərkivandakı “Qala” komandasının məşqçisi olmuşam. Hazırda kənddə gənc futbolçularla iş aparmaqla yanaşı təmənnasız olaraq Ərkivan futbol-klubuna da rəhbərlik edirəm.
- Məlumat üçün bildirim ki, 2016-ci ildən ölkə üzrə Həvəskar Futbol Liqasında çıxış edirik. Bu liqada cənub bölgəsini Ərkivan və Boradigah qəsəbələri təmsil edir. Bizim qrupda biz qarışıq 6 komanda iştirak edir (Bu liqada 4 qrup var) – “ŞANXAY” (Bakı ), “Tufan” (Bakı), “Şuşa” (Bakı), “Vətən” (Bakı), “Qobustan” (Qobustan). Bu vaxta qədər 10 görüş keçirilib. 3 dəfə məğlub olmuşuq (“Şanxay” a, hə orda, həm evdə, Qobustana evdə), digərlərində isə qalib gəlmişik. Sonuncu oyun iyunun 19-u, saat 19-00-da Ərkivan qəsəbə stadionunda olub. Hakimin kobud müdaxiləsi ilə Ərkivan komandası uduzdurulub və növbəti mərhələyə çıxmaqdan məhrum olub. (Bu barədə “komanda.az” saytında gedən yazının linkini bu yazıya əlavə edirikhttp://komanda.az/xeber/21288/)
-
- Hazırda komanda da 20-dən artıq futbolçu var. Onlardan 2-si Kosakül, hərəsi 1 nəfər olmaqla digərləri Kolatan, Qodman və Masallı şəhərindəndir. Futbolçular hamısı könüllü çıxış edir. Komandaya yazılmaq istəyən onlarla könüllü var.
- Mən yeri gəlmişkən deyim ki, komandanın yaranmasında ərkivanlı, gənc məşqçi Ramin Həsənovun böyük əziyyətləri olmuşdur. Masallının veteran futbolçusu Balayar İbayevin də bu sahədə zəhmətlərini unutmaq olmaz. Nəhayət, Ərkivan qəsəbə bələdiyyəsinin sədri Anar Rəcəbova xüsusi minnətdarlıq bildirmək istəyirəm. Belə ki, o komandanın bütün səfər xərclərini və digər ehtiyaclarını öz üzərinə götürüb.
- “Arkivan.az” saytında çıxışımdan istifadə edib, bütün ərkivanlılara, eləcə də bütün futbolsevərlərə müraciət edirəm ki, bizə ən azından mənəvi dəstək olun.
- Bax- FB- Ərkivan.fk
ZahirR4suloffR4suloff

OXUNMA SAYI :1727

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff