Paytaxt jurnalistləri cənubda


Paytaxt jurnalistləri cənubda
Jurnalistləri Masallı məmurlarına futbolda necə uduzdu, eləcə də onların bu səfərindəki digər macəralar.
Hər il onlarla jurnalistin Masallı rayonuna gəlişi, bu rayonda görülən işlərdən yazı hazırlaması və maraqlı, orijinal istirahəti artıq ənənəyə çevrilib. Bu il, may ayının 13-nə təsadüf etmiş görüş də bu qəbildən olan növbəti tədbirlərdən idi.
Paytaxt jurnalistləri cənubda

Görüş Viləş oteldən başladı. Jurnalistlər nahar etdikdən, çay süfrəsi arxasında maraqlı diskussiyalardan, meşə gəzintisindən sonra şəhərlə ilk tanışlığa ASANhəyat xidmətindən başladı. Buradakı kinoteatr, xidmət otaqları, xüsusən sahibkarlıqla məşğul olmaq istəyənlər üçün yaradılan ABAD xidməti jurnalistlər tərəfində olduqca maraqla qarşılandı. Daha sonra İncəsənət və Musiqi məktəbi, eləcə də Tarix və diyarşünaslıq muzeylərinin yeni binaları ilə tanışlıq bu təəssüratı daha artırdı.
Jurnalistlərin sonuncu tanışlıq məkanı Bayraq meydanı və buradakı Rəmzlər muzeyi oldu.
Bununla da jurnalistlərin Masallı səfərinin “rəsmi hissəsi” başa çatdı. Jurnalistlər Bayraq meydanının cənub tərəfində yaradılmış kiçik dəryaçada balıq tutmağa başladı və axşam yeməkləri üçün 10-a yaxın balıq tutdular.
Paytaxt jurnalistləri cənubda

Səfərin ən maraqlı hissəsi isə balıq ovunun ləzzəti getməmiş Masallı məmurları ilə jurnalistlər arasında keçirilən futbol yarışı oldu. Masallı Olimpiya və İdman kompleksində reallaşan bu yarışmada məmurlar jurnalistlərdən “hayıflarını” əməlli-başlı, biabırçı çıxdılar- 11:2.
Axşam baş tutan ziyafətə isə Masallı rayonunun icra başçısı Rafil Hüseynov da qatıldı. Ziyafət zamanı söhbətin əsas mövzusu Masallıda çiyələk, çəltik, noxud, tütün və digər gəlirli sahələrə yönələn diqqət, Masallıda salınacaq Sənaye Parkına hazırlıqlar, yaxın vaxtlarda inşasına başlanılacaq sosial evlər və digər məsələlər barədə oldu.
Olduqca şən, maraqlı zarafatlar, atmacalar və jurnalistlərin Masallı təəssüratlarından yaranan yaddaqalan söhbətlərlə zəngin olan
bir günlük səfərə beləcə başa çatdı.
Masallıya gələn jurnalistlərin komandası Azadinforum, Qaynarinfo, Qafqazinfo, BakuBus, Kaspi, Ölkə.az və digər saytların və qəzetlərin redaktorlarından, aparıcı jurnalistlərindən ibarət idi.
Behlul
R4suloffR4suloff

OXUNMA SAYI :956

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff