Astarada 400 nəfərlik şahmat birinciliyi


Astarada 400 nəfərlik şahmat birinciliyi14 iyul 2017-ci il tarixdə Astara rayonunda 16 yaşadək yeniyetmələr arasında keçirilən Şahmat Olimpiadası 10 günlük mübarizədən sonra başa çatmışdır.

Astara Olimpiya İdman Kompleksində təşkil edilən idman yarışına respublikanın bütün rayonlarını əhatə edən 400 nəfərdən çox şahmatçı təmsil olunmuşdur.

Tədbir öncəsi rayonun incəsənət ustaları şahmatçılar qarşısında maraqlı proqramla çıxış etmişlər.


Tədbirdə iştirak edən Astara Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək qonaqları salamlamış, Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov səmimi qarşılanmağa və yarışın yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Yarışın baş hakimi, şahmat üzrə beynəlxalq dərəcəli hakim Azər İbrahimov yarışın gedişatı və reqlamenti barədə iştirakçıları məlumatlandırmışdır.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rəmzi olaraq şahmat taxtası üzərində ilk gedişi etmişdir.

Tədbir dövründə gənc şahmatçıların normal istirahəti təmin olunmuş, onlar müxtəlif gəzintilərdən, görüşlərdən razı qalmışlar. Yarışın qalibləri, detalları haqqında oxucuları sabah məlumatlandıracağıq
.

R4suloffR4suloff

OXUNMA SAYI :783

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff