Masallıda regional Cüdo mərkəzi yaradılır


Bu mərkəzdə məşqlər pulsuz olacaq


Respublika Cüdo Federasiyasının təşəbbüsü ilə ölkənin bütün regionlarında bu idman növünün inkişafı ilə bağlı mərkəzlər yaradılır.

Cənub bölgəsində isə bu mərkəz Masallıda yaradılır.


Artıq idman salonu üçün yer də müəyyənləşib - Grand Hipermarket yerləşən binanın 2-ci mərtəbəsi. (Masallı –Ərkivan yolunun sol tərəfi.)
Bu mərkəzdə 4-18 yaşında olan 150-yə yaxın gənc qızlar və oğlanlar Cüdonun sirrlərini öyrənəcək.


Hazırlıq məşqləri pulsuzdur.

Masallıda regional Cüdo mərkəzi yaradılır


Bazar günləri istisna olmaqla məşqlər hər gün - 1-ci və 2-ci növbələrdə keçiriləcək.
Qəbul zamanı uşaq və gənclərin ilkin fiziki hazırlığı nəzərə alınacaq. Daha öncüllərin, daha istedadlı gənclərin geyim, səfər və digər xərclərini mərkəz ödəyəcək.

Cənub Cüdo mərkəzinə rəhbərlik Masallı rayonunun Ərkivan qəsəbəsində boya-başa çatmış, Azərbaycanın Əməkdar Məşqçisi, cüdo və sambo üzrə Azərbaycanın idman ustası, Cüdo Federasiyasının cənub bölgəsi üzrə kuratoru Xanağa Quliyevə həvalə edilib.

Masallıda regional Cüdo mərkəzi yaradılır



Onu da məlumat verək ki, 33 il öncə, 1984-cü ildə cüdo idman növünü ilk dəfə Masallıda təşkil edən Xanağa Quliyevin qardaşı Səxavət Məmmədov olmuşdur.

Onun bir çox tələbələri Beynəlxalq və Respublika yarışlarının qalibləri sırasında olmuşdur. Belələrinə fəlsəfə doktoru Məmmədəli Quliyevi (Hazırda Bakı şəhərində məşqçi müəllim işləyir), Hakim Mənsimovu , Etibar Quliyevi, Mirqabil Tağıyevi, Murad Rəfiyevi, Söhbət Aslanovu və başqalarını nümunə göstərmək olar.

Səxavət Quliyev hazırda Rusiyada cüdo və sambo üzrə məşqçi-müəllim işləyir.

Masallıda regional Cüdo mərkəzi yaradılır


Masallının Cüdo və Sambo üzrə tarixində SSRİ idman ustaları FirdovsiTahir Tağıyev qardaşlarının da xüsusi yeri var.

Firdovsi Tağıyev uzun müddət Bakı şəhər DİN-nin Cüdo üzrə Baş məşqçisi işləmişdir. ( vəfat edib).
Tahir Tağıyev hazırda təqaüdçüdür.

Masallıda fəaliyyət göstərəcək regional Cüdo Mərkəzinə rəhbərlik edəcək Xanağa Quliyev 2015-ci ildə Azərbaycanda keçirilən I Avropa oyunları ərəfəsində bu oyunların Məşəlini Masallıda qəbul etmişdir.

Onun tələbəsi, İdman ustası, Sambo üzrə Dünya Çempionatının gümüş medalçısı, Cüdo idmanı üzrə Avropa kubokunun bürünc mükafatçısı Hikmət Alışov isə həmin Məşəli alovlandırmışdır.

Masallı Regional Cüdo Mərkəzi üçün ayrılmış binada son tamamlama işləri gedir. Məşq meydanı, soyunub geyinmə və duş üçün ayrılmış otaqlarda təmir işləri başa çatıb.

Masallıda regional Cüdo mərkəzi yaradılır


Sadəcə məşq meydanı üçün ayrılmış döşəklərin və digər idman avadanlıqlarının gətirilməsi gözlənir. X. Ağayevin bildirdiyinə görə yaxın vaxtlarda

Regional Cüdo mərkəzi üçün xüsusi binanın tikilməsi planlaşdırılır.
Mərkəzin təntənəli açılışı isə yaxın vaxtlara planlaşdırılır.



Abdul
R4suloffR4suloff

OXUNMA SAYI :781

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff