Masallıda asfaltlanacaq yollar müəyyənləşdi


Masallıda asfaltlanacaq yollar müəyyənləşdi

 Xalça fabrikində isə işləmək üçün “Sənaye məhəlləsində” 150 nəfər üçün 70 manat təqaüdlə kurslar təşkil olunacaq. Həminin Masallı Park-Bulvarında işlərin davamına start verildi.

Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyevin Masallıya sonuncu səfərindən sonra Masallının şəhər mərkəzindəki küçələrin abadlaşdırılması üçün 3 milyon manat pul ayrılıb. Hakimiyyətə yaxın mənbələrdən aldığımız məlumata görə artıq abadlaşdırılacaq yollar müəyyənləşib və onların bəzisinə artıq asfalt döşənir. Həmin küçələr aşağıdakılardır: 

  1. Bakı prospekti. Olimpiya kompleksindən Təzə Alvadı kəndinədək. Bir neçə ay öncə bu yolun Olimpiya Kompleksindən Seybətin dairəsinədək olan 3,7 kilometr hissəsi asfatlanmışdı. İndiki mərhələdə isə Seybətin dairəsindən “inşaat bazarı”nadək olan 2 km. hissə asfaltlanacaq. Həmçinin bu hissədə yollara səkilər çəkiləcək, yol işıqların yenidən qurulacaq.  
  2. Qurtuluş küçəsində (Şəhər qəbirstanlığından, Digah məktəbindən  “Vərəm” dispanserinədək olan hissə)  2 km məsafəyə asfalt döşəniləcək,  Işıqlar çəkiləcək, səkilər qurulacaq.
  3. Digah ərazisində daha 2 küçə asfaltlanacaq. Biri “Qulamın mağazası” deyilən yerdən Asma körpüyə, eləcə də körpünün əks tərəfindən cənuba tərəf olan piyada yolu.
  4. Bundan əlavə Digah kəndində daha bir adsız küçə asfaltlanacaq.
  5. Milli Qəhrəman Səfərəli Məmmədovun adını daşıyan küçə. (Köhnə xəstəxananın yanından Kosakül ərazisinə qədər olan hissə). Bu yola da asfalt döşənməklə yanaşı səki çəkiləcək, işıqlandırma sistemi qurulacaq.

 

  1. İsgəndərli ərazisində Xalq rəssamı Tələt Şıxəliyevin adını daşıyan, Yol idarəsindən başlayıb İsgəndərli ərazisindəki Uşaq Bağasına qədər olan əraziyə də asfalt döşənəcək, işıqlandırma sistemi qurulacaq.
    • Köhnə bazara çıxan N. Nərimanov və Puşkin küçələri asfaltlanacaq.
  1. Təzə Xəstəxanadan Yaşıl Aptekə, Dəfinə liseyi istiqamətinə çıxan, Milli Qəhrəman Elşad Hüseynovun adını daşıyan küçə.
  2. Zərifə Əliyeva küçəsindən cənub tərəfdəki Təzə Məhəlləyə, 200-ə yaxın ailənin yaşadığı Cavanşir küçəsi.
  3. Heydər Əliyev prospekti ilə Azərbaycan prospektini  birləşdirən arxa küçə. (Kaspi təhsil mərkəzinin yanı, Z Hacibəyli  küçəsi)
  4. Həzərxan Səmədov küçəsi (Cümə məscidin arxası).
  5. Heydər Əliyev prospektinin Respublika Bankdan İşıqfora qədər, Təhsil şöbəsindən Hərbi komissarlığa qədər olan hissələri asfaltlanacaq, işılqandırma sistemləri təzələnəcək.

Artıq adı çəkilə küçələrdə asfaltlanma işlərinə başlanılıb və bu işlərin hava şəraitindən asılı olaraq bir-iki ay ərzində yekunlaşacağı gözlənilir.

Bundan əlavə Masallı-Ərkivan döngəsinədək olan yolda əsaslı təmir və işıqlandırma işləri aparılacaq.

2019-cu ildə Digah-Köhnə Alvadı-Təzə Alvadı və Güllütəpə yolunun asfaltlanması nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, ötən il Masallıda Seybətin- Kiçik Səmidxan- Alışanlı- Qarğalıq- Eminli, eləcə də Şatıroba-Hişgədərə-Miyankü (cəmi 24 7 kilometr), 1,8 kilometrlik Tüklə yolu da asfaltlanıb. Hazırda 4 kilometrlik Təzəkənd, 4 kilometrlik Göyəçol yollarında asfaltlanma işlərinə başlanılıb.

Masallı Park-Bulvarında isə işlərə yenidən start verilib. İlkin mərhələdə 1 kilometrə yaxın məsafədə işıqlandırma, yaşıllaşdırma, oturacaqların yerləşdirilməsi və sair işlər görüləcək. Həmin 1 kilometrdə yaxın vaxtlarda  3 körpü, əyləncə mərkəzləri, mini idman meydançaları, iaşə obyektləri və s. inşa olunacaq. Park-Bulvarın 2019-cu ildə istifadəsi nəzərdə tutulub.

Masallıda inşa ediləcək növbəti obyekt isə 200 nəfərlik Xalça Fabriki  olacaq. Bununla bağlı Sənaye Məhəlləssində 150 nəfər qadının 3-4 ay təhsil ala biləcəyi kurs təşkil olunur. Kursa qəbul olunanlara ayda 70 manat təqaüd  veriləcək və onlar kursu bitirdikdən sonra Xalça Fabrikində işlə təmin ediləcək.

Həmçinin həmin fabrikin yaxınlığında Yun Emalı müəssisəsinin də açılması nəzərdə tutulub.

Arzu

R4suloffR4suloff

OXUNMA SAYI :1213

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az