“Köhnə bazar” ətrafındakı küçələr niyə təmir olunmur?


 Son vaxtlar Masallı şəhərində küçələrin abadlaşdırılması istiqamətində nəzərəçarpacaq işlər görülür. Ölkə başçısının sərəncamına uyğun olaraq  şəhər mərkəzində 20-yə yaxın küçənin asfaltlanmasına, əksəriyyətinin kənarlarına səki çəkilməsinə, işıqlandırma sistemlərinin quraşdırılmasına başlanılıb. Hətta kənd yollarının 30 kilometrə yaxını- (Miyankü-Hişgədərə-Şatıroba- Eminli-Qarğalıq-Səmidxan-Seybətin və s) asfaltlanıb və bu işlər davam edir. Bütün bu işlər minnətdarlıqla qarşılansa da, əksər insanları bir sual maraqlandırır-niyə ən ucqar küçələr belə asfaltlansa da, “Köhnə bazar” deyilən ərazinin arxasından, eləcə də oradakı şadlıq saraylarının qarşısında keçən, hər gün minlərlə şəxsin istifadə etdiyi, yayda tozundan, qışda palçığından  insanların əzab çəkdiyi küçələr asfaltlanmır?

“Köhnə bazar” ətrafındakı küçələr niyə təmir olunmur?

 

 

Bu sualı cavablandırmaq üçün Masallı Rayon İcra Hakimiyyətinə  müraciət etdik. İcra hakimiyyətinin rəsmiləri bizə aşağıdakıları bildirdi.

-Masallı şəhərində küçələrdə necə abadlıq işləri aparıldığı göz qabağındadır. Bu işlər eyni templə də davam edəcək. Yəqin ki, yaxın bir ildə Masallı şəhərində, eləcə də kəndlərə gedən əsas yollarda asfaltlanmayan, abadlaşmayan küçə qalmayacaq. Qaldı ki, “Köhnə bazar” ətrafındakı küçələrin abadlaşmasına, burada bəzi reallıqları nəzərə almalıyıq.

“Köhnə bazar” ətrafındakı küçələr niyə təmir olunmur?

 

Həmin ərazidə quş bazarı, meyvə bazarı, köhnə paltar bazarı, qızıl bazarı eləcə də “Kolxoz bazarı”, “ikimərtəbəli bazar” da daxil, 6-7 bazar, minə yaxın dükan, 2 Şadlıq sarayı və sair fəaliyyət göstərir. Həmin sahibkarlar da hər gün, hər ay buradan yüz min manatlarla rüsum yığırlar. Adicə maşın dayanacağından tutmuş, 2 süpürgə satana kimi hamı bazarkomlara haqq ödəyir. Az qala, həmin ətrafda hər qarışın haqqı var. İndi biz yüzlərlə sakinin yaşadığı küçəni təmir etməliyik, ya hər gün küllü miqdarda pul qazanan sahibkarın? Yığışsınlar, birləşsinlər, yollarını təmir etsinlər. Onlar isə sadəcə 15-20 manat xərcləyib, bir qreder çağırıb kələ-götür yolları da hamarlamaq, həmin yola 1-2 maşın çınqıl da tökmək  istəmirlər. Soruşduğunuz səbəb bu.

Hazırladı: Arzu

 

R4suloffR4suloff

OXUNMA SAYI :643

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az