“İpək yolu”nun “tikanları”


“İpək  yolu”nun “tikanları”10 ildən artıq tikintisi davam edən yolda nəinki işlər başa çatmır, hətta işçilər əmək haqlarını normal ala bilmirlər

Ələt- Astara yolunun tikintisi 10 ildən artıqdır ki, davam edir. Necə deyərlər, "Şəbeh xan hey biçin biçir, amma heç tayası bilinir”. Az qala, dünyanın bütün aparıcı bankları bu yolun tikintisinə milyonlarla vəsait ayırıb, amma yolun tikintisi başa çatmır - ele hey qazırlar, sökürlər, vədlər verirlər, lakin təxminən 200 kilometrlik bu yolun heç 100 kilometri belə tam hazır deyil. Ölkənin ən aparıcı traslarından sayılan, hər gün minlərlə avtomobilin keçdiyi bu beynəlxalq yolun elə hissələri var ki, ucqar kənd yolları bundan abırlıdır. Məhz yeni yolun inşasının illərlə yubanması ucbatından, tələbata cavab verməyən köhnə yolda vaxtaşırı ölümlə nəticələnən qəzalar baş verir, maşınların normal hərəkətində problemlər yaranır. Hazırda həmin yeni çəkilən yolun əksər hissəsində nəinki işlər getmir, hətta işçilər əmək haqlarını belə ala bilmirlər. Əməkdaşımız Qocanın bu mövzuda hazırladdığı yazını bir qədər gec də olsa sizə təqdim edirik:

Ələt-Astara "İpək yolu”nun Lənkəranın Liman şəhərinin ərazisindən keçən hissəsində işləyənlər əmək haqlarını ala bilmədiklərini deyirlər. Məlumat üçün bildirək ki, bu yolu "Azərinşaatservis” MMC və ”Azinqrup” MMC ilə birlikdə çəkirlər. Ötən ay bir qrup sürücü etiraz olaraq tikinti şirkətlərinin Liman şəhərinin ərazisində yerləşən ofisinin qarşısında toplşaraq əmək haqlarının vaxtında verilməsini tələb ediblər. Sürücü Elşad Əzimov deyir ki, Liman şəhərinin ərazi nümayəndəsi və digər rəsmi şəxslər hadisə yerində olublar. Hər dəfə əmək haqlarının veriləcəyini desələr də, məsələ həllini tapmır.

"3 aydır əmək haqqı verilmir. Evdə ərzaq yox, xeyir-şər var axı, gedə bilmirik. İşləmişik pulmuzu versinlər də. Sürücülər hamsı bu gündədir. Evimdə unum yox. Orucluq bayramı gəlir. Nə etməliyəm? Mən bir manat tapa bilmirəm ki, maqazindən çörək alım, yedizdirim balalarıma. Mənim şəraitimə baxın, bir də məmurların şəraitinə baxın. Özünüz bunu yoxlaya bilərsiz.”

Elşad Əzimov deyir ki, problemləri bununla bitmir. İndi də onları öz hesablarına məzuniyyətə buraxırlar.

"Deyirlər, gedin, məzuniyyət haqqını isə vermirlər. Neçə vaxtdir evdəyəm. Deyirlər ki, öz hesabınıza məzuniyyət götürün. Burdan da əmək haqqımı vermir. Şirkətdə işləyirəm haqqımı tələb edirəm. Heç olmasa balalarım ölməsin acından. Bizi aldadırlar. Hər həftə deyirlər ki, həftə sonu veriləcək. Gündə 4 manat pul verirəm - işə gedib-gəlməyə. Mənim nə qədər borcum, xərcim var?”

Onun dediklərinə görə əmək haqqı verilməsə narazılıqlar daha da artacaq.

Digər sürücü Mirhadi Feyzullayev də əmək haqqını ala bilmədiyini deyir:

"İki ayımız tamam olur, o da 15 gün. Biz də insanıq, biz də yaşamalyıq. Bizim də ailəmiz var, uşağımız var, yeməyimiz var. O şirkət bizi işlədir, pulumuzu vermir. Kimə müraciət edək? Dərdimizi kimə deyək? Şirkətin burda 700-800 işçisi var. Hamısı eyni dərdədir.”

Şirkətlərin rəsmisi Səmid Əliyev isə deyir ki, hər ayın 25-də əmək haqqı verilir. Lakin bu ilin aprelindən bu qayda bir qədər pozulub. O deyir ki, əmək haqlları bu yaxınlarda veriləçək. Onun sözlərinə görə işlər dayanıb. Buna görə də işçilərə məzuniyyət götürməyi məsləhət görüblər.

"Azərinşaatservis” MMC-nin saytından məlum olur ki, şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarının maliyyələşdirdiyi beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yollarınn tikinti layihələrində baş subpodratçı qismində iştirak etmyə başlayıb. Saytda həmçinin deyilir ki,”Azərinşaatservis” MMC-nin uğur prinsiplərinin əsas göstəricilərindən biri öz əmkdaşlarına olan qayğısıdır. Bəs hanı?

İlahə ƏləkbərliR4suloffR4suloff

OXUNMA SAYI :6060

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az