Bakı- Ələt- Astara yolundan xəbər var


Bakı- Ələt- Astara yolundan xəbər varBakı- Ələt- Astara yolundan xəbər var
Şorsulu (Salyan) - Sərçuvar (Masallı) yolunun təxmin 30 kilometr, ümumilikdə isə Bakı-Astara yolunun 60 kilometrə yaxın qısalacağı gözlənilir.
Uzun illərdir ki, çəkilişi davam edən Bakı-Ələt-Astara yolunun tikintisi son illər xeyli sürətlənib. Məlum olduğu kimi, əvvəlki illərdə bu yolun 70 kilometrli- Bakı-Ələt hissəsi istifadəyə verilmişdi. 2 il öncə isə həmin yolun 32 kilometrlik Ələt - Yenikənd (Salyan ərazisi) sahəsi istifadəyə verildi.
Hazırda bu yolun 23,14 kilometrlik Yenikənd (Salyan) – Noxudlu (Salyan) hissəsi istifadəyə tam hazırdır və bu iliin iyun ayında istifadəyə veriləcəyi gözlənilir.
Həmin yolun davamı kimi, 24, 8 kilometrlik Yeni Salyan körpüsü və Şorsulu (keçmiş sərhəd-keçid məntəqəsi) hissəsində də qızğın iş gedir və bu sahənin 2017-ci ilin oktyabr ayında istifadəyə veriləcəyi planlaşdırılır.
Yolun ən çətin hissəsi Şorsulu və Cəlilabad ərazisindəki sahədir. Həmin yerin bataqlıq olduğun səbəbindən, o ərazidə işlər ləngiyir. 30, 2 kilometrlik bu sahənin 2019-cu ildə istifadəyə veriləcəyi planlaşdırılır.
Yolun digər hissələrində də qızğın iş gedir. Belə ki, 32,2 kilometrlik Cəlilabad-Masallı xəttinin və 61 kilometrlik Masallı-Astara xəttinin istismara verilməsi 2017-ci ilin sonuna nəzərdə tutulmuşdur.
Qeyd edək ki, həmin yolun Astaraya giriş hissəsində də bəzi problemlər yaranmışdır. Belə ki, beynəlxalq magistral kimi nəzərdə tutulmuş bu yol sonda İran ərazindəki (Ərdəbil) yolu ilə birləşməlidir. Yəni, Astaranın Məscid Məhəllə hissəsində tamamlanan yol İranda oradakı yolla qovuşmalı idi. Bəzi mənbələrdən aldığımız məlumata görə, marşrutun belə xətt üzrə keçməsi İran tərəfini razı salmayıb. İranlı əkinçilərin torpaq sahələrinə düşdüyü üçün həmin yolun Astara şəhərinin girəcəyindəki istiqaməti dəyişdirilərək sərhəd-keçid məntəqəsinə tərəf istiqamətləndirilmişdir. Belə ki, Azərbaycan-İran nəqliyyat dəhlizi dəmir yolu və avtomobil yolu eyni məkan olmaqla yanaşı istiqamətdə olacaq.
Hazırda Bakı-Astara yolu, Bakı-Ələt 70, Ələt - Şorsulu 77,23, Şorsulu-Masallı 62,4, Masallı-Astara istiqaməti 51 kilometr olmaqla ümumilikdə təxminən 260 kilometr edir. Hazırda isə bu yolun uzunluğu 320 kilometrə yaxındır. Yəni yolun 60 kilometrə yaxın qısalacaq gözlənilir. Bu qısalmanın təxminən 30 kilometri Şorsulu - Masallı (Sərçuvar) hissəsinə düşür.
Bəhlul
R4suloffR4suloff

OXUNMA SAYI :2534

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff