Masallıda “Sənaye məhəlləsi”nin inşasına başlanıldı


1000 nəfərə yaxın şəxsin çalışacağı bu “Məhəllə”nin inşası üçün 10

hektar sahə ayrılıb


Masallıda “Sənaye məhəlləsi”nin inşasına başlanıldı


Artıq 1 ilə yaxın haqqında danışılan “Sənaye məhəlləsi”nin inşası Masallıda reallaşmaq üzrədir.
Bunun üçün icra hakimiyyətindən şərqə tərəf (Seybətin ərazisi istiqamətinə) uzanan “Azərbaycan” küçəsinin Bakı-Astara yoluna çıxışının sol tərəfində 10 hektar ərazi ayrılıb.


Artıq fəhlələr üçün ilk modul tikilinin inşasına başlanılıb.

Masallı İHB-nin müavini Nəsir Muxtarlının bizə bildirdiyinə görə inşaat işləri 2018-ci ilin əvvəllərində başa çatacaq.

Burada istehsal və emal üçün hər cür şərait yaradılacaq.

Yəni, bura qaz, işıq, su, məhəllə daxili yollar çəkiləcək, internetə çıxış imkanları yaradılacaq, istehsal və emal üçün normal şəraiti olan otaqlar tikiləcək.

İstənilən şəxs layihələrin təklif edib, burada yer icarəyə götürə bilər.

Burada ən azından 1000-ə yaxın insanın çalışacağı planlaşdırılıb. Xatırladaq ki, ilk “Sənaye məhəlləsi” Neftçalada yaradılıb.

Avqust ayında ölkə rəsmilərinin iştirakı ilə Masallıdakı “Sənaye məhəlləsi”nin təntənəli təməlqoyma mərasimi keçiriləcək.
R4suloffR4suloff

OXUNMA SAYI :1048

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff