Avropa İttifaqı Lənkəran iqtisadi rayonuna 13,5 (27 milyon manat) milyon avro ayıracaq


Avropa İttifaqı Lənkəran iqtisadi rayonuna 13,5 (27 milyon manat) milyon avro ayıracaqAvropa İttifaqı Lənkəran iqtisadi rayonuna 13,5 (27 milyon manat) milyon avro ayıracaq

Bu vəsait Avropa İttifaqı tərəfində bu iqtisadi ərazidə - Masallı, Lənkəran, Cəlilabad, Astara, Lerik və Yardımlı rayonlarında meyvə-tərəvəz istehsalını artırmaq məqsədi ilə ayrılır.

Avropa İttifaqı (Aİ) Lənkəran iqtisadi rayonuna ( Masallı, Lənkəran, Cəlilabad, Astara, Lerik və Yardımlı) daxil olan ərazilərdə meyvə-tərəvəz istehsalına 13,5 mln. avro (manatla 27 milyon) vəsait ayıracaq. Aİ-nin Bakı nümayəndəliyinin məlumatında deyilir ki, əsas diqqət meyvə və tərəvəz sektorunda rəqabətliliyin davamlı şəkildə gücləndirilməsinə yönələcək.

Aİ Lənkəran iqtisadi rayonun biznes və investisiya mühitinin yaxşılaşdırılması, regional və strateji planlaşdırma sisteminin yaradılması üçün Azərbaycan hökumətilə əməkdaşlıq etmək niyyətindədir.

Redaksiyadan: Göründüyü kimi nəzərdə tutulan məbləğ olduqca sanballı vəsaitdir. Məlumatın detalları barədə isə yaxın günlərdə məlumat veriləcək.
R4suloffR4suloff

OXUNMA SAYI :336

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff