Lənkəranda susuzluq səbəbindən ,tərəvəz və bosdan bitgiləri yanarq sıradan çıxıb.


Lənkəranda susuzluq səbəbindən ,tərəvəz və bosdan bitgiləri yanarq sıradan çıxıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə,Lənkəranın Cil kənd sakinləri uzun illərdir ki,paybəlli torpaqlarında qarpız,yemiş,pomidor və xiyar əkirlər.Bu il əkdikləri sahələri susuzluq səbəbindən suvara bilməyiblər.Onların sözlərinə görə,sonuncu dəfə əkin sahələrini may ayının son 10 günlüyündə suvara biliblər.Fermer Nemət Mirzəyevin sözlərinə görə,5 fermerin paybəlli torpağlarında əkdiyi məhsullar sahələrdə məhv olub.

Susuzluqdan qarpızların bir hissəsi çürüyüb,sahədə qalanların çəkisi isə 2-5 kq qədərdir.Onların sözlərinə görə bu ərəfədə qarpızın minumum çəkisi 8 kq olmalı idi.Fermerlər deyir ki,bazarlarda xiyarın bir kq 50-60 qəpiyə satıldığı halda ,onlar öz məhsullarını 20 qəpiyə satırlar.Səbəb isə məhsulun saralması və acılığının daha çox olması göstərilir.Fermerlər deyir ki,bu il ən azından kimisi 1000,kimisidə 3000 manat ziyan edəcək.Məsələ ilə bağlı Yuxarı Xanbulan çay su idarəsinin sahə rəisi Ayıq Əliyevlə əlaqə saxladıq .Onun sözlərinə görə,bu ildən əkin sahələri növbəli şəkildə suvarılır.Bu il rayon ərazisində çəltikçilik inkişaf etdiyi səbəbindən o,ərazilərdə suya təlabat daha yüksəkdir.Bu səbəbdən bəzi sahələrə suyun verilməsində gecikmələr yaranır.Qeyd edək ki, artıq sahələr su buraxılıb,amma indi verilən su heçdə əkin sahələrinə yararlı olmayacaq.
R4suloffR4suloff

OXUNMA SAYI :409

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff