Masallının öz mismarı olacaq


"Sənaye Məhəlləsi"ndən təzə xəbərlər


Masallının öz mismarı olacaq


Burada obyekt işlədənlər 7 il vergi verməyəcək, mənfəət vergisinin 50 faizini ödəyəcək və digər güzəştlərdən faydalanacaqlar.
Bu Sənaye Məhəlləsinə xaricdən mal gətirənlər gömrük vergisindən azad ediləcək.
Buranın işığı, suyu, elektriki, qazı, interneti, mühafizəsi olacaq və bu infrastrukturla birgə Sənaye Məhəlləsində obyekt götürən şəxs 1 ilə 1 kvadratmetr üçün cəmi 8 manat ödəyəcək.


Yəni 100 kvadratmetr sahə götürən ilə 800 manat ödəyəcək.

Masallının öz mismarı olacaq


1 ay öncə verdiyimiz məlumata əlavə olaraq bildiririk ki, hazırda burada işlər tam sürətlə gedir və nəzərdə tutulan işlərin 20 faizə qədəri görülüb. Həm də məlum olub ki artıq 30-dan artıq layihə təklif olunub. Ən maraqlı layihələrdən biri, Sənaye Məhəlləsində mismar istehsalının da nəzərdə tutulmasıdır.

Masallının öz mismarı olacaq


2017-ci il avqustun 18-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə bura bir qrup jurnalistlər dəvət olunmuş və onlar Sənaye Məhəlləsi haqqında ətraflı məlumatlandırılmışlar.

Bu görüşdən APA-nın hazırladığı məlumatı da diqqətinizə çatdırırıq.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu barədə Masallı Sənaye Məhəlləsində tikinti işləri üzrə layihə rəhbəri Qurban Burcəliyev məlumat verib.

Onun sözlərinə görə, artıq Masallı Sənaye məhəlləsində torpaq sahələrinin düzlənməsi işləri başa çatdırılıb: “Hazırda binaların təməlinin qoyulması və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır.

Masallının öz mismarı olacaq


Tikinti işlərinin qrafikə uyğun və fasiləsiz aparılması məqsədilə Masallı Sənaye Məhəlləsində su, elektrik təminatı kimi müvəqqəti infrastruktur yaradılıb, zəruri texnika iş prosesinə cəlb edilib, mal-materialların saxlanması üçün müvəqqəti anbarlar quraşdırılıb, işçilərin normal iş şəraitinin təmin olunması üçün yeməkxana və sanitar qovşaq tikilib”.


Masallının öz mismarı olacaq


Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinə 200 nəfərə yaxın işçi cəlb olunub ki, bunların əksəriyyəti yerli sakinlərdir.

I mərhələdə Masallı Sənaye Məhəlləsində ümumi sahəsi 7006 kvadratmetr olan 3 istehsalat korpusu, sahəsi 1251 kvadratmetr olan 2 mərtəbəli inzibati bina və digər köməkçi sahələr tikiləcək, məhəllənin bütün ərazisində zəruri infrastruktur (elektrik, qaz, su və rabitə) yaradılacaq.

Masallının öz mismarı olacaq


Qeyd edək ki, Masallı Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən böyük maraq var.

Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 mln. manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

Masallının öz mismarı olacaq


Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinin 2018-ci ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur.


R4suloffR4suloff

OXUNMA SAYI :1303

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az