XXI əsrin “kolxoz sədri”



Onun yaratdığı təsərrüfatın özəlliyi həm də odur ki, ölkədə pomidor və

xiyarın yığımı başa çatandan sonra onlar məhsullarını daxili və xarici

bazara çıxarırlar


XXI əsrin  “kolxoz sədri”


Gənc nəsil bəlkə də “Kolxoz sədri” deyəndə heç nə başa düşmür. Amma orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayır ki, sovet dövründə kolxoz və sovxoz direktorları hər kənddə, eləcə də rayonda söz sahibləri olan kişilər idi. (Arabir bu vəzifələri qadınlara da etibar edirdilər).

Masallıda Xalıq Qurbanov, Qəni Əmiraslanov, Alxas Məmmədov, Sami Kəlbiyev, Əlhüseyn Hüseynov, Ayaz Sadıqov və digərləri kimi yadda qalan təsərrüfat rəhbərləri olub.

Təbii ki, yaxşıların tam əksi olan, insanlara zülm edən, talançılıq edən kolxoz və sovxoz rəhbərləri də az olmayıb. Bu elə vəzifə idi ki, ona sahib durmaq üçün onlarla qapı döyməli və cibin də dolu olmalı idi.

Bütün bunları xatırlamaqda məqsədimiz nədir? İndi bir çox təsərrüfatçılar özünə fermer təsərrüfatı yaradır, öz əməyi, təşkilatçılığı ilə, kimsənin xahişi, tapşırığı olmadan, bəzilərini “görmədən”, özündən “direktor düzəldir”. Onlarla insanı işlə təmin edir, dünya standartlarına uyğun təsərrüfat yaradırlar.

Belələrindən biri də İlkin Şükürovdur.

XXI əsrin  “kolxoz sədri”


İlkin Şükürov Masallı rayonunun Yeddioymaq kəndində anadan olub. Pedaqoji institutda ali təhsil alıb.

Bir müddət müəllim işləyib. Sonra Rusiyaya gedib.

Uzun müddət Murmanskidə (yeddioymaqlıların əksəriyyətinin “xarici bazarı”orada yerləşir) tərəvəz məhsullarının topdansatışı ilə məşğul olub.

XXI əsrin  “kolxoz sədri”


İlkin Şükürov: - 2000-ci illərin əvvəllərində ulu öndərimiz Heydər Əliyevin çağırışına qoşularaq Azərbaycana, doğma rayonuma gəldim.
Qısa müddətdə rayonun Şərəfə kəndində bir neçə hektar götürüb müasir tələblərə uyğun şitillik təsərrüfatı yaratdım.

Daha sonra bu sahəni daha da genişləndirdim.

Hazırda 6 hektar sahədə şitillik təsərrüfatım, 20 hektardan artıq ərazidə isə əkin sahələrimiz var.

Burada iş fəaliyyəti də, texnologiya da, qısası ən müasir tələbləri, indi dəbdə olan ifadə ilə desək, Avropa standartlarına uyğundur.

XXI əsrin  “kolxoz sədri”


İlkin Şükürovun təsərrüfatında 30-a yaxın işçi çalışır.

Çox normal əmək haqqı alır, hər gün nəqliyyatla, yeməklə, geyimlə təmin edilir.

Onun idarə etdiyi İstixana və buradakı bütün avadanlıqlar Türkiyədən gətirilib.


Bu sahədə dünyada yeni hansı iş təcrübəsi və yeni texnologiya həyata vəsiqə alırsa, o, dərhal burada tətbiq olunur.

Burada istehsal olunan məhsul daxili və xarici bazarda satılır . Onu yaratdığı təsərrüfatın özəlliyi həm də odur ki, ölkədə pomidor və xiyarın yığımı başa çatandan sonra onlar məhsulunu bazara çıxarırlar.

İlkinin ən üstün cəhəti əkib-becərdiyi torpağı vətəndaşlardan tam halallıqla alması, torpaqlarını aldığı şəxslərin həmin təsərrüfatda çalışmasına yardımçı olmasıdır.

Cənub bölgəsində lider

Cənub bölgəsində belə mükəmməl texnologiya ilə tərəvəz şitilliyi salmaq və tərəvəz yetişdirmək İlkin Şükürov və onun komandasına məxsusdur.


O, gələcəkdə şitillik təsərrüfatını genişləndirmək, burada işçilərin sayını artırmaq, hazır məhsul üçün dünya bazarında satış nöqtələrinin sayını daha da artırmaq, ölkəyə daha çox valyuta gətirmək fikrindədir.

XXI əsrin  “kolxoz sədri”


Göründüyü kimi möcüzəli, heyrətedici heç nə yoxdur.

Sadəcə bir insanın zəhmətsevərliyi, yeni texnologiyanı bir kənd rayonunda bacarıqla tətbiq etməsi, uğurlu kollektiv yaratması yeni iş yerlərinin, “çörək ağacı”nın yaranmasına səbəb olub.

Burada kənd təsərrüfatının “zülmündən” daha çox, fərəh dolu mənzərəsi insanda məmnunluq yaradıb.

Belə təsərrüfatı Masallıda ilkin yaradan İlkin bəy olsa da, inanırıq onun layiqli rəqibləri getdikcə çoxalacaq, Masallıda XXI əsrin “kolxoz sədrləri” daha bol olacaq.

Zahir

R4suloffR4suloff

OXUNMA SAYI :1902

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az