Yol hərəkat qaydaları ilə bağlı Lənkəranda 6300 manatlıq təlimlər olacaq


Yol hərəkat qaydaları ilə bağlı Lənkəranda 6300 manatlıq təlimlər olacaq

2019-cu ilin  25-27 yanvar tarixlərində reallaşaca təəlimlərə müsabiqə yolu ilə 18-35 yaş  arası  olan 25 gənc seçiləcək

 

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində Yol hərəkəti qaydalarına hamılıqla riayət edək”adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun 6300 (altı min üç yüz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi yol hərəkəti qaydaları ilə əlaqədar yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri sahəsində gənclərin və gənc jurnalistlərin ölkə miqyasında maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir.

Layihənin müddəti 3 ay olmaqla, 05 dekabr 2018-ci il – 05 mart 2019-cu il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsindəölkə üzrə seçilən 18-35 yaş arası 25 nəfər gənc üçün yol hərəkəti qaydalarına dair Lənkəranda yerləşən “Lüks Lənkəran” otelində 25-27 yanvar 2019-cu il tarixlərində 3 günlük təlim kursları keçiriləcəkdir. Təlim kurslarında iştirak edən gənclərə sertifikatlar veriləcəkdir.

Məlumat üçün bildirək ki, təlimdə iştirak etmək istəyən gənclər və gənc jurnalistlər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində (http://epsaya.az//view_elan.php?id=183) yerləşdirilən müvafiq ərizə formasını dolğun formada (sualların boş buraxılmaması, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) doldurub 06 yanvar 2019-cu il, Saat 24.00-adək aşağıdakı elektron ünvana təqdim etməlidirlər:

magiyango@gmail.com

Əlavə edək ki,3 günlük təlim kursu zamanı bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.

 

MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi

Əlaqə vasitələri:

(0 51) 967 29 74, Babayev42@gmail.com, Samir Babayev

Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 4200,

İnternet səhifəsi: www.epsaya.az, E-mail: info@epsaya.az

Ərizə nümunəsi əlavə olunur.

 

Ərizə formasına buradan da daxil ola bilərsiniz :  http://epsaya.az//view_elan.php?id=183

R4suloffR4suloff

OXUNMA SAYI :292

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az