�Cənub xəbərləri� qəzetini bağlatdırmaq istəyirlər||--||


�Cənub xəbərləri� qəzetini bağlatdırmaq istəyirlər||--||

 �Cənub xəbərləri� qəzetini bağlatdırmaq istəyirlər


 






Nədən Təhsil Şöbəsi bu addımı indi atmaq qərarına gəlib? Bunun üçün çox da baş sındırmaq lazım deyil. İstər Astan İbişov, istərsə də onun ətrafındakılar yuxarıların icazəsi olmasa, heç evdəkilərlə də normal salamlaşmazlar. Qəzetə növbəti hücumun da sifarişi yuxarıdan, icra başçısı Qəzənfər Ağayev və müavini Nəsir Muxtarlıdan gəlib. Çünki Qəzənfər Ağayevin yeganə bacardığı iş masallıları bir-birinin üstünə qaldırmaqdır. Məsələn, özü Əhəd Abıyevlə iclasda yanaşı əyləşir, amma digər masallılara deyir ki, cumun ona. Özü ad çəkmir, rayonun hörmətli ziyalılarından olan Miryəhya müəllimə deyir ki, qəzetdə filan hacıları biabır elə. Nə bilim birini Həşimovların üstünə qaldırır, o birini qəzetin üstünə. Yəqin ki, iş bərkə düşəndə deyəcək ki, mənim onlarla nə işim, özləri bir-birini qırırlar. Necə ki, 500-ə yaxın dağ gövdəli ağacı qırdırandan sonra dedi ki, Masallıda hansı kişi mənə dedi, bu ağacları kəsmə, onları eşitməyib kəsdim?

Amma ona baxanda İbişov daha uzaq görəndir. O, masallıları yerlilərin yox, digər millətin nümayəndələrinin əlilə qırdırır. Bu sahədə Münəvyar xanım Əzimova kimi nümunə var ki, yaxın saylarımızda onun Masallı qadınlarını necə üz-üzə qoyduğu barədə yazını sizə təqdim edəcəyik.

Nə isə mətləbdən uzaq düşdük. Qəzetə hücum niyə indi başlayır?

- Birincisi, qarşıdakı 3 ay seçki ayıdır, �Cənub xəbərləri� qəzeti isə bu bölgədə həqiqəti deyənlərin yeganə tribunasıdır. Buna görə, onu susdurmaq istəyirlər.

- İkincisi. Qəzetimiz məktəblərdə aparılan qanunsuz abunə əməliyyatına və həmkarlar komitəsindəki üzvlük adı ilə yığılan illik 170 min manatın necə xərclənməsinə görə verdiyi sorğusuna cavab almadığı üçün təhsil şöbəsini və onun həmkarlar komitəsini məhkəməyə verib. İndi şaş-baş qalan cavabdehlər çalışır ki, əks hücumla bizi susdursunlar. Yəni, oğru elə bağırmaq istəyir ki, doğrunun bağrı yarılsın.

- Üçüncüsü. Son məhkəmə iclaslarından sonra bunlara bəlli oldu ki, Masallı məhkəməsinin sədri Cahangir Nəsibov o qədər insaflı və ürəyiyumşaq adamdır ki, yuxarıların hər hansı saxtakarlıqla bağlı xahişlərini heç cür rədd edə bilmir və bu alicənab keyfiyyətinə görə hər cür ədalətsiz qərarı qəbul etməyə hazırdır. Onlar da məhkəmə hakiminin bu keyfiyyətindən yararlanıb rəqibləri ilə haqq-hesabı məhkəmədə çürütməyin daha rahat və əlverişli olduğunu düşünürlər.

Çoxlu misallar çəkib oxucuları yormaq istəmirəm, sadəcə bir rəqəmə aydınlıq gətirməyə çalışacağam. Hələ XVII-XVIII əsrlərdə dünya miqyasında qəzetlər tüğyan edəndə, XIX əsrin ortalarında Qafqazda erməni dilində 60 qəzet çıxanda Azərbaycanda qəzet adına heç nə yox idi. 1975-ci ildə Azərbaycanın ilk qəzeti dünyaya gəldi, o da o vaxtkı İbişovların bədxahlığından heç 2 il də yaşamadı.

İndi görün kim kimlə mübarizə aparır? Ttəhsil sahəsində ölkə üzrə sonucu yeri tutan təşkilatın rəhbəri, region qəzetləri içərisində ölkədə lider olan qəzetin üstünə hücum çəkir. Məmməd Araz demişkın, �Demək, kardır Azərbaycan torpağı!�

Əgər bu rayonda doğrudan şərəf və ləyaqət davası açmaq lazımdırsa, bunu elə Astan İbişovun özü üçün etmək lazımdır ki, 200 minlik əhalisi olan rayonu alçaldıb, onun təhsilini respublika üzrə sonucu yerə salaraq Masallı ziyalılarını mənəvi zərbə vurub. Yəni ən azı 10-15 müəllim, digər ziyalı Masallı təhsilini alçaltdığına görə onu məhkəməyə verməlidir. Yəqin ki, bu addımı atanlar tapılacaq.

Nə qədər təzyiqlər olsa da, �Cənub xəbərləri� yaşayacaq, lap bağlansa da, internet saytlarında, digər mətbuat orqanlarında sözünü deyəcək. Bəs İbişov nə ilə yadda qalacaq? Onun da göstəricisi var - Qızılavar məktəbində olarkən direktora irad tutub ki, niyə şüarı qırmızıya yazdırmısan? Bu ki imperiya rəmzidir. Direktor dillənməsə də, müəllimlər dən kimsə xatırladıb ki, qardaş Türkiyənin də bayrağı qırmızıdır, elə Azərbaycan bayrağının da 3 rəngindən biri qırmızıdır. Deyilənə görə, bundan sonra təhsil şöbəsinin müdirinin də rəngi �imperiya rənginə� çevrilib.

Deyəsən, çox uzaqlara getdik. Astan müəllim, iddia ərizənizi səbirsizliklə gözləyirik. Görünür, mənə hücum edə-edə ölkə mətbuatında məşhurlaşmaq, eləcə də bizi beynəlxalq təşkilatlara daha çox tanıtmaq istəyirsiniz.

Sonda Şah Flippin bir xasiyyətini sizə xatırlatmaq istəyirəm. Şah olandan sonra az qala Allahlıq iddiasına düşən digər hökmdarlardan fərqli olaraq Şah Flipp bir qulamına tapşırıbmış ki, mənim harada, kiminlə olmağımdan asılı olmayaraq ətəyimi dart, qulağıma pıçılda ki, sən adi insansan, lap adi insansan, şah olsan da insansan. Yaxşı olar ki, İbişov, sən də əlaltılarından kiməsə belə bir vəzifəni həvalə edəsən və o hərdən ətəyini dartaraq qulağına pıçıldasın - sən İbişovsan, sadəcə İbişov, sən də insansan, i- n - s- a- n �s - a �n!��

Sərraf

R4suloffR4suloff

OXUNMA SAYI :992

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az