Ölkə üzrə 14 cəfakeşdən biri- Zahir Əmənov||--||


Ölkə üzrə 14 cəfakeşdən biri- Zahir Əmənov||--||

 Ölkə üzrə 14 cəfakeşdən biri- Zahir Əmənov


Forumun tədbirləri sırasında 2000-2010-cu illərdə Azərbaycanda ifadə azadlığı işinə ən böyük və cəmiyyət üçün ən təsirli töhfə vermiş jurnalist, yazıçı və ya ictimai xadimin adının elan edilməsi və ona peşə fəaliyyəti ilə bağlı rəmzi mükafat verilməsi nəzərdə tutulmuşdur. Belə bir şəxsin müəyyən olunması isə elə ifadə azadlığı sahəsində ən çox cəfa çəkmiş yazıçı və jurnalistlərdən ibarət münsiflər heyətinə həvalə edilir. Bu heyətə heç də təzyiq və cəzaya məruz qalmış bütün jurnalistlər deyil, yalnız ifadə azadlığı naminə cəfa çəkmiş insanlar daxil edilmişlər. Təşkilat komitəsinin üzvləri-Arzu Abdullayeva, Arif Əliyev, Mehman Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlı, Rəşid Hacılı, Zeynal Məmmədli, Rövşən Bağırov-Soros fondu, Zərdüşt Əlizadə söz və ifadə azadlığına ən çox töhvə vermiş aşağıdakı şəxsləri münsiflər heyətinə daxil etmişdir - Rövşanə Hüseynova, Qənimət Zahid, Mirzə Sakit, Eynulla Fətullayev, Adnan Hacızadə, Emin Milli, Rafiq Tağı, Rövşən Kəbirli, Şahbaz Xuduoğlu, Fikrət Hüseynli, Aqil Xəlil, Bahəddin Həziyev, Zahir Əmənov və Üzeyir Cəfərov. 

Bu münsiflərin nisbi çoxluğunun səsini qazanmış şəxs qalib elan ediləcəkdir.

Tədbirdə həmçinin karikaturaçı rəssamların ifadə azadlığı ilə bağlı işlərindən ibarət sərgi də nümayiş olunacaq. �Cənub xəbərləri� qəzetinin karikaturaçı rəssamı Mətləb Dadaşovun tədbirdə 4 karikaturası təqdim ediləcək.

Qeyd: Belə mötəbər Beynəlxalq tədbirdə, 2000-2010-cu illərdə Azərbaycanda ifadə azadlığı işinə ən böyük və cəmiyyət üçün ən təsirli töhfə vermiş 14 jurnalist, yazıçı və ya ictimai xadimin münsiflər sırasına Zahir Əmənovun da daxil edilməsi əslində bəzi üzdəniraq yerli hakimiyyət nümayəndələrinin �töhvəsidir�. Yəqin ki, Zahir Əmənov bu Beynəlxalq Konfransdakı çıxışında ifadə azadlığına əngəl olan yerli məmurların �türfə� əlamətlərini mətbuat generallarına aydın detallarla çatdıracaq.

R4suloffR4suloff

OXUNMA SAYI :1115

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az