Ölkə jurnalistləri Masallıda


Ölkə jurnalistləri MasallıdaSon illər Masallı İcra hakimiyyəti ölkənin, eləcə də regionun aparıcı jurnalistləri ilə ardıcıl görüşlər keçirir. Bu qəbildən olan görüşlərdən biri iyunun 13-14-də Masallı icra hakimiyyətində təşkil olunmuşdu. Ölkənin 15 tanınmış saytının redaktorları və təmsilçiləri Masallıya gəlmişdi. Jurnalistlər öncə Masallı İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun qəbulunda oldular.
Bir saata yaxın çəkən görüşdə icra başçısı öncə özünün də ali jurnalist təhsili aldığını xatırlatdı. Daha sonra isə AzərSun Holdinqin Masallıda icarəyə götürdüyü Qızılağacdakı tərəvəz (100 ha), Kolatanda çay (100 ha) sahələrində görülən işlərdən danışdı. (Bu barədə ağağıda daha ətraflı bəhs edəcəyik)
Ölkə jurnalistləri MasallıdaHəmçinin bildirdi ki, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Seybətindəki 4 hektarlıq zibillik ləğv edilib burada bərk tullantılar üçün sex tikilib və yaxın günlərdə istifadəyə veriləcək.
Hazırda inşası davam etdirilən Masallı bulvarından danışan icra başçısı qeyd etdi ki, burada sahilbərkitmə işləri aparılıb. Biz burada iş elə qurmağa çalışırıq ki, həmin ərazi təkcə istirahət yeri yox, həm də daşqın zamanı rayonun təhlükəsizliyinə xidmət etmiş olsun. Rayonun baş planında Viləş çayının üzərində 2-ci körpü də nəzərdə tutulub. 7 hektar sahəni əhatə edəcək bulvarın hazırda 1,5 kilometri istifadəyə hazırlanır. Gələcəkdə bu məsafə 5 kilometrə qədər uzadılacaq.
H. Əliyev parıkında inşa edilən Diyarşunaslıq muzeyi və İnsənət Məktəbi regionlarda inşa edilən bu qəbil obyektlər içərisində öz göstəricilərinə görə daha yüksək olacaq.
10-dan artıq rayonu əhatə edəcək “ASAN XİDMƏT” idarəsi Masallının tarixində yadda qalan bir hadisəyə çevriləcək. Gələn il istifadəyə veriləcək bu bina xidmətə başlayandan sonra həmin təşkilatın burada yerləşməsinə görə Masallıya hər gün bir neçə min insanın gəlməsi gözlənilir. Bu isə ildə 1 milyon nəfər deməkdir. Bu insanlar Masallınln xidmət sahələrindən də istifadə edəcək. Həmçini digər ASAN XİDMƏT-dən fərqli olaraq 2,5 hektar sahəni əhatə edəcək bu obyektdə kafe, restoran, əyləncə mərkəzlərindən tutmuş, kitabxanaya qədər olacaq.
Nəzərə alsaq ki, yaxın vaxtlarda Ələt-Astara magistral yolu yeni istiqamətdə fəaliyyət göstərəcək və Masallıya əsas giriş Olimpiya kompleksi tərəfdən olacaq həmin istiqamət daha mühüm əhəmiyyət kəsb edir. Belə ki, Olimpiya komleksindən şəhərə tərəf ASAN XİDMƏT binası ilə yanaşı Kənd Təsərrüfatı, Məhkəmə, Mühafizə bölməsi və sair idarələr üçün də yeni binalar inşa olunur və olunacaq.
Hazırda rayonda Regional Kollec fəaliyyətə başlayıb. Yaxın vaxtlarda daha bir neçə regional idarə Masallıda fəaliyyətə başlayacaq.
İcra başçısı daha sonra bildirdi ki, ilin sonuuna kimi 1-2 ucqar kənd istisna olmaq rayonun bütün kəndlərinin qazlaşması başa çatacaq, Muğan kəndləri tarixində ilk dəfə olaraq içməli suyu maşınlarla pulla yox, öz qapılarındakı bulaqlardan istifadə etməklə alacaqlar.
Biz turizmdən daha böyük fayda əldə etməyi hədəfləyirik. Gələcəkdə Qodman və Qəriblər kəndlərinin arasında Turizm kəndi salmaq planlaşdırırıq.
Çoxlarınna bəllidir ki, Masallıda torpağın sıxlığı dünya göstəricisindən daha yuxarıdir və 2030-cu ilə kimi rayon əhalisinin sayının 300 minə yaxın olacağı gözlənilir.
Ölkə jurnalistləri MasallıdaMasallıya qonaq gəlmiş jurnalistlər həmin axşam H. Əliyev parkında Qurtuluş günü ilə bağlı təşkil edilmiş konsertə tamaşa etdilər. Elə həmin axşam Nağıl Dünyası istirahət mərkəzində icra başçısının və aparatın məsul işçilərinin iştirakı ilə qonaqların şərəfinə ziyafət verildi.
QIZILAĞAC SƏFƏRİ
Jurnalistlərin Masallıya səfərinin 2-ci günü onlar Masallı şəhəri ilə tanış oldu və görülən və görüləcək işləır barədə məlumatlandırıldılar.
Daha sonra onlar Qızılağac kəndinə, buradan qurulan 100 hektarlıq tərəfəz sahəsi ilə tanış oldular. Holdinqin Türkiyədən gəlmiş aqronomu Tofik Salih qonaqlaara məlumat verdi ki, qısa müddətdə istifadəsiz qalmış bu sahəni cana gətiriblər. Burada pamidor, xiyar, badımcan, kartof və sair əkilib və gözəl də çıxış alınıb. Əvvəllər bu torpağa görə bələdiyyənmin hesabına 100 hektara görə 400 manat pul köçürülürdüsə hazırda bələdiyyə ildə 19 min manat icarə haqqı alır. Burda hər ay 300 manat olmaqlar 300-ə yaxın şəxs çalışır.
Türkiyəli aqronom bildir ki, tam yeni texnologiya ilə işləyirlər – şitillər çiləmə üsulu ilə suvarılır-yəni hər vaxt onlar normal su iulə qidalanır. Torpağa ən yüksək kefyiyyətli, ziyansız, tez parçalanan kübrələr verilir. Qarşıdakı illərdə biz burada əkin sahəsinin həcmini bir neçə dəfə artıqrmaq istəyirik.
Ən başılıcası yerli sakinlər burada yeni texnologiyanı öyrənir və onlar özləri də bizsiz bu üsuldan istifadə etməklə hər il xeyli gəlir əldə edə bilərlər. Bu təəsrrüfatın hesabına yerli sakinlər hər ay ailələrinə 90 min manata yaxın vəsait qazandırırlar.
Elə həmin gün jurnalistlər Kolatın kəndinin mərkəzindən 6 kilometr aralıda, necə deyərlər, dağlar qoynunda salınmış çay plantasiyalarıma səfər etdilər. Masallı icra hakimiyyətinin rəsmisi Nəsir Muxtarlı bildirdi ki, öncə çox çətin ərazidə yerləşən bu sahəyə daxili imkanlar hesabına yol çəkilib. Tam istifadəsiz sahədə Azərsun Holdinq 100 hektarlıq çap plantasiyası salıb. Bu plantisiyada yaxın vaxtlarda 500 nəfərin işləcəyi gözlənilir. Burada yetişdirilən çay dünyanın ən keyfiyyətli çaylarından olacaq.
Jurnalist qonaqlar həmçinnin Miyankü kəndindəki Qamo istirahət mərkəzində oldular. Yükəsk səviyyədə təşkil edilmiş kotteclər, kafeler, üzgücülük hövuzu, süni şəlalər... jurnalistlərin böyük marağına səbəbb oldu.
Jurnalistlərin yekdil fikri bundan ibarət oldu ki, Masallı maraqlı inkişaf yolundadır və yaxın gələcəkdə bu rayon tanınmaz dərəcədə gözəlləşcək. İcra hakimiyyətinin başçısı R. Hüseynov başda olmaq aparat işçilərinin səmimiliyi, təşkilatçılığı qonaqlarda məmnunluq yaratdı. Səfər boyu qonaqları xüsusi qayğıkeşlik göstərən Nəsir Muxtarlıya isə qonaqlar xüsui minnətdarlıq bildirdilər.
Masallıya gəlmiş qonaqlar sırasında Axar. Az, Qafqazinfo.az, komanda.az, azadihforum.az azerfaks.az, ann.az, sivil.az, QHTxeber.az, Kaspi.az, virtualaz.org, qaynarinfo.az, cenubxeberleri.az, tia.az və digər agentliklərin baş redaktorları və məsul işçiləri, foto-repartyorları, həmçinin bir neçə müstəqil jurnalist var idi.

Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :5237

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az