Gənclər nə istəyir?


Gənclər nə istəyir?Demokratiya və İnsan hüquqları Komitəsi, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Milli -mənəvi dəyərlər və ictimai davranış qaydaları haqqında təbliğat tədbirlərinin təşkili” adlı layihə həyata keçirilir. Layihə 6 ay müddətində reallaşacaq. Layihənin məqsədi gənclərin daha mədəni, daha sivil nəsil kimi formalaşmasına nail olmaqdır.
Layihə çərçivəsində Bakı şəhərində, Balakən, Masallı və Xaçmaz rayonlarında dəyirmi masalar keçirilr. Bu qəbildən olan tədbirlərdən biri də Masallı rayonunda təşkil olunmuşdur. “Masallı” otelində reallaşan təbirdə təhsil, mədəniyyət, mətbuat, QHT işçiləri ilə yanaşı 30-dan artıq gənc toplaşmışdı

Tədbirdə əsasən aşağıdakı mövzularda fikir mübadiləsi edildi:

• Vətənpərvərlik haqqında yeni düşüncələr.
• Qloballaşma və mədəni inteqrasiya şəraitində dini cərəyanlar . Gənclərin cihad haqqında yanlış düşüncə tərzi .(Azərbaycan gəncliyi - Qarabağ ya Suriya ) .
• Qloballaşma və mədəni inteqrasiya şəraitində KİV – lərin vəzifələri və rolları.

Bütün bunlarla yanaşı tədbirdə etiket qaydaları da ciddi müzakirə mövzusuna çevrildi. Belə ki, Ictimai nəqliyyatda nəzakət qaydaları, sevgi mədəniyyəti, küçə mədəniyyəti, geyim mədəniyyəti, süfrə mədəniyyəti, salamlaşmaq, üzr istəmək, masa bəzəmək və sair etiket qaydaları maraqlı nümunələr və müqayisələrlə təhlil edildi.
Gənclər tədbirdə milli-mənəvi, əxlaqi dəyərlər, eləcə də tarixi köklərimiz, qaragüruhçu təriqətlər, onların zərərli fəaliyyətləri, əsl cihadın nə demək olduğu, sosial şəbəkələr və ondan istifadə haqda daha maraqlı bilgilər əldə etdilər. Gənclərlə yaşlı nəslin nümayəndələri arasında fikir mübadiləsi aparıldı.Tədbirin təşkilatçısı və aparıcısı Nobat Qəniyevanın fəaliyyəti iştirakçılar tərəfindən maraqla qarşılandı və dəyərləndirildi.

Gənclər nə istəyir?
Gənclər nə istəyir?
Gənclər nə istəyir?
Gənclər nə istəyir?
Gənclər nə istəyir?
R4suloffR4suloff

OXUNMA SAYI :3119

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff