Qəzetimiz Kitab Evi açır


Siz burada ruhunuza uyğun bədii, elmi-publisistik, dedektiv, fantastik..., qısası, hər sahəyə uyğun kitabları, dünya şöhrətli yazıçıların əsərlərini ala bilərsiniz
Qəzetimiz Kitab Evi açır
Bir çoxlarına bəlli olduğu kimi, 1 ildən artıqdır ki, “Cənub xəbərləri” qəzetinin redaksiyasında genişləndirmə və təmir işləri aparılırdı. Hazırda bu işlər başa çatıb. Bu binadakı otaqların bir çoxunu icarəyə verə, yaxud özümüz burada dərhal qazanc gətirə biləcək işlərlə də məşğul ola bilərdik. Hələ digər şanslarımız da az deyildi. Lakin biz fərqli yol tutmaq qərarına gəldik. Məlum olduğu kimi bir çox ölkələrlə müqayisədə ölkəmizdə kitab mağazaları olduqca azdır. Əgər bizdən xeyli az əhalisi olan Tbilisidə 100-ə yaxın kitab mağazası varsa, Bakıda belə mağazaların sayı cəmi 4-dür. Yaxud 210 min əhalisi olan Masallıda vaxtı ilə 4 kitab mağazası var idisə, indi 1-i də yoxdur. Biz bu sahədə itkilərimizi nəzərə alaraq, “KİTAB OXUYAN YOXDUR” fikirlərinə arxa çevirərək Kitab Evi açmağı qərara aldıq. İnsanlar kitaba sarı getməsələr də, qoy kitab insanlara tərəf getsin. Az da olsa, bizə maddi dəstək olacaq şəxslər də tapıldı.
Beləliklə, siz sentyabr ayının ilk günlərindən hazırkı redaksiyamızdan kitab mağazası kimi istifadə edə bilərsiniz. Burada Nobel mükafatçılarının əsərlərindən tutmuş yerli yazarların əsərlərinədək tapmaq mümkün olacaq. Həmçinin vaxtaşırı yaradıcılıq gecələri keçirtməyi planlaşdırırıq.
Sizin arzuladığınız kitabları gətirtməyə, evinizə belə kitab çatdırmağa imkanlarımız olacaqdır.
Dəstəyinizə, təkliflərinizə, ən başlıcası isə Kitab Evinə ayaq basıb bizimlə əməkdaşlıq etməyinizə böyük ehtiyacımız var.

Kitab Evində çalışmaq üçün işçi axtarırıq. Ticarət işini bilən, ən başlıcası, özü kitabı sevən insanlara daha çox üstünlük veriləcək.R4suloffR4suloff

OXUNMA SAYI :3304

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff