Masallıda Musiqi Məktəbini kimlər yaradıb?


Masallıda Musiqi Məktəbini kimlər yaradıb?
Həmin qurumun yaradıcılarından biri, hazırda ABŞ-da yaşayan Venra Axundova bu barədə nələr danışdı?
Bu günlərdə redaksiyamıza maraqlı bir zəng olmuşdu. Özünü Venera Axundova kimi təqdim edən qadın bildirirdi ki, Masallıda İncənət Məktəbinin yeni binaya köçəcəyini eşidib və çox sevinib. O həmçinin bildirdi ki, redaksiyaya gəlib bu barədə daha ətraflı məlumat vermək istəyir. Vədələşdik və redaksiyada görüşdük.
Venera Axundovanın dediklər:
Masallıda Musiqi Məktəbini kimlər yaradıb?-1963-cü ildə qərar qəbul edildi ki, Masallıda da Musiqi məktəbi yaradılsın. Bu səbəbdən Asəf Zeynallı adına Bakı Musiqi məktəbini bitirmiş məni-Axundova Venera Ənvər qızını və Ağdam Musiqi Məktəbini bitirmiş İsa Hüseynovu təyinatla Masallıya göndərdilər. İsa Hüseynov müdir, mən isə fortepiano müəllimi kimi fəaliyyətə başladıq. İndiki Cümə məscidinin arxasında. Köhnə, primitiv, 2 mərtəbəli bir binanı bizim üçün ayırmışdılar.
Burada cəmi 4 müəllim dərs deyirdi. Fortepiano, müdir tar müəllimi, eləcə də Tofiq adlı digər müəllim tar, Ramazan müəllim isə klarnet dərsi deyirdi.
Burada ilk vaxtlar təxminən 50-yə yaxın şagird təhsil alırdı. İlbəil şagirdlərin sayı artmağa başladı.
Həmin vaxtı anam Xədicə müəllimə və daha bir neçə qohumum da təyinatla Masallıda müəllim işləyir və Ərkivan kəndində kirayədə qalırdılar.
Biz 5 il Masallıda işlədik. İş elə gətirdi ki, mənimlə birgə Musiqi məktəbinə təyinat alıb və burada müdir işləyən İsa Hüseynovla ailə həyatı qurdum. Masallıda Musiqi Məktəbini kimlər yaradıb?Daha sonra Şamaxıda, 1970-ci ildən 90-cı illərin əvvəlinə kimi isə Bakıda 7 saylı Musiqi Məktəbində müəllim işlədim. Hazırda təqaüddəyəm, yeganə oğlumla birlikdə ABŞ-da yaşayıram.
Düzü, hər dəfə Azərbaycana gələndə Masallıya mütləq baş çəkirəm. Tələbələrim Əlamət, Sədaqət, Ofeliya və başqaları ilə görüşüb, dərdləşirəm. Eşidəndə ki, Masallı Musiqi Məktəbi köhnə hamam binasında yerləşir, çox utanırdım. Yaxşı ki, rayon rəhbərliyi masallılıları bu xəcalətdən qurtarmaq üzrədir. Belə, Masallıda olduqca müasir Musiqi Məktəbi-İncəsənət Məktəbi inşa edilib. Həm də sevindiricidir ki, bu məktəb indi 7 illik yox, 11 illikdir, şagirdlərinin də sayı 600-dən çox olacaq. Bu işdə zəhməti olanların hammısına təşəkkür edirəm. Yaşlaşmışam, ola bilsin ki, Masallıya yolum bir də çətin düşə. Amma eşitsəm ki, burada gözəl musiqiçilər yetişib, buna həmişə şad olaram.
ÜlkərR4suloffR4suloff

OXUNMA SAYI :2063

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff