Ərkivanlı amerikalılar


Ərkivanlı amerikalılar

Biz bu yazını 15 il qabaq hazırlamışdıq və 25 iyul 2001 – ci ildə “Masallı xəbərləri” qəzetində çap etmişdik. İndi aradan 15 il keçib. Əgər o vaxt 6 qardaş, 6 bacı olan Mikayılovların 2 qardaşı Amerikada çalışırdısa, hazırda 6 qardaşdan dördü ABŞ-da yaşayır və işləyir. 15 ildə nələr dəyişdi, nələr yeniləndi? Bu barədə yazının sonunda Mikayılov qardaşlarının 1-si Qorxmaz Mikayılovla söhbətimizi sizə təqdim edirik. Öncə 15 il əvvəl çap etdiyimiz yazını kiçik yeniləmələrlə diqqətinizə çatdırırıq.

Qorxmaz: - Onu da deyim ki, ABŞ-da ən yersiz və mənasız sual hansı dinə, yaxud millətə mənsub olduğunu, nə qədər məvaçib aldığını soruşmaqdır. Burada özəl məscidlər də təəccüblü deyil.


...Amerikalılar belə hesab edirlər ki, nə qədər çox pul qazansan, deməli, daha çox azadsan.

Amerika qitəsi coğrafi məkan kimi təxminən 500 il əvvəl kəşf edilsə də, biz azərbaycanlılar, eləcə də masallılar bu qitənin ən qudrətli dövləti ABŞ-ı özümüz üçün lap son on illikdə əməlli-başlı kəşf etməyə başlamış, daha doğrüsü o qitəyə, o dövlətə ayaq açmış, hətta vətndaşlıq adını da almışıq. Bu söhbətlərlə sizin üçün “təzə Amerika” açmasam da sirr deyil ki, Amerika möçüzələri hələ də çoxlarını təəccubləndirməkdə, “macəra dolu Amerika” çoxlarına özgə, bir əfsanəvi dünya kimi görünməkdədir.

Mətləbə bir az da yaxınlaşaq. ABŞ-a son on illikdə ayaq açanlar cərgəsində masallılar da az deyil. Kimi idmançı, kimi biznesmen, kimi turist, kimi fermer, kimi jurnalist, kimi daha hansı statusda getsə də 2 masallılı, daha dəqiq desək, Masallı rayonunun Ərkivan qəsəbəsinin 2 sakini bu ölkəyə alim kimi gedib və orada daha da məşhürlaşıblar.

Kiminin “rəhmətlik Eyvazın uşaqları”, kiminin “Səxavətin qaradaşları” adlandırdıqları bu “uşaqlar” hazırda ABŞ –da doktor dərəcəsinə yüksəlmiş, nüfuzlu elm mərkəzlərində aparıçı vəzifələrdə calşan Qorxmaz MikayılıovRahib Mikayılaovdur.
Kəndə qısa müddətə, analarını yoxlamağa, necə deyərlər, ona “dəyməyə” gələn bu iki ərkivanlı amerikalı ilə bir saata yaxın söhbətləşdik. Xoş-beşdən, kef-əhvaldan sonra ilk sualımız belə oldu:

Ərkivanlı amerikalılar - Bu gün bizi heyrətləndirən, təəccübləndirən bir cox hadisələr, yəqin amerikalılar üçün olduqca adi bir haldır. Bəs amerikalıları nə ilə təəccübləndirmək olar?
Qorxmaz: - (gülür) Doğrudan da, amerikanlıları nə ilə təəccübləndirmək olar? Onları təəccübləndirmək çox çətindir. Sadəcə maraqlandırmaq olar- məsələn, neftlə, güclü gəlir gətirən sahələrlə.
Rahib: - Qorxmazın fikirlərinə şərik olmaqla yanaşı əlavə edim ki, onları dünyaya səs salan kəşflərlə, ixtiralarla da təəccübləndirmək mümkündür.

- Bu gün Azərbaycanda paytaxtla əyalət arasında çox kəsgin fərqlər var. Yollardan, qazdan, işıqdan, televiziyadan tutmuş ta ki, .. Orada necə, bizdəki tək olmasa da, ümuiyyətlə şəhərlə kəndin fərqi hansı nisbətdədir?
Qorxmaz: - Çox maraqlı sualdır. Orada kəndlə-şəhər demək olar ki, fərqlənmir. Nəqliyyat, rabitə və c. sahələr elə səviyyədədir ki, fərq hiss olunmur. Məsələn, kənd məktəbi ilə paytaxtdakı məktəbin, yaxud səhiyyə ocağının həm texniki imkanları, həm xidmət səviyyəsi demək olar ki eynidir.

- Məlum olduğu kimi ABŞ-da hər ştatın öz qanunları var. Məhz belə qanunlardan birinə istinad edilərək, ABŞ-ın yeni prezidenti C. Buşun qızının az yaşlı olduğu halda spirtli içki aldığına görə cəzalandırdılar. Ümumiyyətlə, ABŞ müsəlman qanunları, daha dəqiq desək, şərq qanunları ilə oxşar qanunlar çoxdurmu?
- ABŞ-da hər ştatın öz qanunları olsa da, bütün qanunların fövqündə ABŞ-ın Ali Qanunu-Ana Yasa dayanır. Bütün qanunların kökündə isə dini qanunlar, müqəddəs dini kitablar durur. ABŞ –da müsəlmanların, xirstianların, yəhüdilərin və s. daha çox yerləşdiyi, yaxud güclü olduğu ştatlar var. Hansı ştatda hansı təbəqənin nümayəndələri güclüdürsə, onun qanunlarında da həmin şəxsləri maraqlarını ifadə edən maddələr daha çoxluq təşkil edir. Orada hər şey xalqın istəyinə uyğun qurulur. Özəl sektor isə demək olar ki, bütün sahələri əhatə edir. Hətta bəzi ştatlarda özəl məsçidlər də vardır.
Onu da deyim ki, ABŞ-da ən yersiz və mənasız sual hansı dinə, yaxud millətə mənsub olduğunu, nə qədər məvaçib aldığını soruşmaqdır.
Bir məqama da toxunaq ki, ABŞ-da hökuməti bəzən ən xırda məsələləri də kiminsə əxlaqının ümüdinə buraxmır. Məsələn, burada kimsə avtobusda uşaqlı qadını, qocanı, yaxud əlili ayaq üstə görəndə öz yerini ona təkilf etmir. Bu heç bir qanunda yazılmayıb. ABŞ-da 20 yerlik abtobusa 21-ci sərnişin gəlirsə, xətdə yeni abtobus buraxılır. Bir də burada məktəbli avtobuslar daha fəal fəaliyyətdədir. Hər məktəbin öz avtobusu var.

- ABŞ-da əyalət qəzetlərinin vəziyyəti necədir?
Ərkivanlı amerikalılar - ABŞ - da 800 - dən artıq telekanalı, bəlkə minlərlə qəzet izləmək imkanı olsa da, onlar əyalət qəzetlərini daha böyük maraqla oxuyurlar. Əsasən həftədə bir dəfə çıxan bu qəzetlərin kifayət qədər oxucusu olur. Amerikalılar öz ətrafında baş verənlərə daha çox maraq göstərirlər. Xüsusən, iqtisadiyyatla bağlı məsələlərlə maraqlanır, siyasətə az meyl edirlər. Bəzilər hətta bilmir ki, ölkənin prezidenti kimdir.
Sualdan bir az kənar olsa da deyim ki, amerikalılar belə hesab edirlər ki, nə qədər çox pul qazansan, deməli, daha çox azadsan. Yəni, daha sərbəst və istədiyin kimi yaşaya bilrsən. Orada hər “baş”ın öz qiyməti var. Yəni sən amerikalını inandıra bilməzsən ki, sürücü, restoran müdiri, “zaprafşik”, daha kim, kim, alimdən, müəllimdən, həkimdən, jurnalistdən qat-qat yaxşı yaşayır. Onlar buna çox təəccüblənər, demək olar ki, inanmazlar.

- İnternetin imkanları çoxaldıqca Azərbaycan haqqında daha ətraflı məlumat ala bilirsinizmi?
- Əlbəttə, indi ardıcıl olaraq “Zerkalı”, “Exo” və s. qəzetləri oxuyuruq. Qarabağ, Xocallı haqqında internet səhifələrində gedən materialları izləyirəm. İnternet təkcə bizim yox, əksər amerikalıların Azərbaycan haqqında bilgilərini artırıb. Azərbaycan bu imkanlaradan daha geniş istifadə etməlidir.

- Hər ikiniz kompüter sahəsində ciddi elmi axtarışlarla məşğulsunuz? Hansı kəşfləriniz, ixtiralarınız daha çox əks-səda doğurub?
- Bir həqiqəti unutmayaq ki, ABŞ-da ciddi elmi kəşflər etməyən alim heç kimə lazım deyil. Rəhbərlik etdiyim kompaniyanın, eləcə də mənim belə kəşflərim az olmayıb. Hətta “Erikson” firması mobil telefon sahəsindəki kəşflərimdən faydalanmaq üçün ciddi maraq göstərir. Təssüf ki, detalları açıqlaya bilmirəm.

- Amerikalılar nədən əzab çəkir?
-Onların da öz problemləri, bəzən çox kəsgin problemləri olur. Bu gün milyoner olan sabah müflis ola bilir. Kəskin rəqabət var. Yəni hər min nəfərə stress, infark keçirən Azərbaycandakından qat-qat çoxdur.

-Amerikalıların qəribləklərindən nəsə demək istəyirsiniz?
- Amerikalılar artıq heç nəyi evlərində saxlamır. Biz yaxın səhərlərə qonaq gedəndə yorğan - döşəymizi özümüzlə götürürük. Çünkü ev sahibi neçə nəfərdirsə o qədər nəfərlik yataq dəsti saxlayır. Bəzən hətta yeməyi də özümüzlə aparırıq.

- Daha bunu nəyi qonaqlıq oldu ki?
-Yəni, getdiyin ev üçün hec bir problem yaratmırsan.
Söhbətin sonunda onlar məni respublikamız, rayonumuz haqqında bir az suala tutub ayrıldıq: onlar kəndi, rayon mərkəzini gəzib-dolaşmağa, mən də xəyalımdakı macəra dolu Amerikaya qiyabi səyahət etməyə.

Qeyd: İndi isə 15 ildən sora Qorxmaz Mikayılovdan facebook vasitəsi ilə əldə etdiyimiz söhbəti sizə təqdim edirik.

Ərkivanlı amerikalılar-ABŞ-dakı 4 ərkivanlı Mikayılovların bu günku həyatında nə yenilik var - kim harada çalışır?
Mən komputerlerin yeni nəsilləri üzərində – yüksək performanslı komputer texnologiyaları üzərində çalışıram. Çünki indi hamı başa düşür ki, Insan cəmiyyətinin gələcəyini bu ağıllı maşınlarsız təsəvvür etmək çətindir. Daha dəqiq desək, mümkünsüzdür.
Rahib qardaşım böyük məlumat bazalarının köməyi ilə dünya miqyaslı iqtisadi problemlərin araşdırılması, öyrənilməsi və tətbiqi ilə məşğuldur.
Rasim qardaşım ABŞ-da kollecdə həm oxuyur, həm də buradakı avto servizdə çalışır.
Hikmət qardaşım da həm oxuyur, həm də bizneslə məşğuldur.

Son 15 ildə həyatınızda hansı yeniliklər, yüksəlişlər var?
Ən ciddi yenilik qardaşlarım Rasim və Hikmətin ailəlikcə bura gəlib, burada möhkəmlənə bilməsidir. ABŞ hökuməti onların oxumasının və bir sıra digər xərclərinin ödənilməsinə yardımçı olub. Bu olduqca yaxşı haldır

Mikayılovlar ailəsinin 4 oğlunun ABŞ-dakı “komandası” yəni övladları, nəvələri neçə nəfərdir? Onların gözəgəlimli hansı işləri var?
Biz – buradakı Mikayılovlar hamımız 20 nəfərə yaxınıq. Ən müsbət hal odur ki, buradakı Mikayılovların hamısı oxuyur, yüksək səviyyəli təhsil alır, hamısının iş yeri və olduqca normal həyatı var.

ABŞ-dakı Mikayılovların Azərbaycandan gələcək “yeni qüvvələr” hesabına güclənəcəyi ehtimalı varmı?
- Bəli, belə planlar var.

Mikayılov qardaşları üçün ABŞ-da olduğu müddətdə zirvə sayılacaq hansı uğurları olub?
- Yuxarıda qeyd etdiyim kimi, ABŞ kimi mürəkkəb ölkədə Mikayılovların hamısı normal təhsil alır, normal iş yerlərinə və yaşam şəraitinə malikdir. Məncə bu elə özü böyük uğurdur.

Azərbaycanla, eləcə də oradakı azərbaycanlılarla əlaqələr nə vəziyyətdədir?
Biz burada US Azeris (http://www.usazeris.org/) – şəbəkəsinin üzvüyük və Azərbaycanla bağlı hadisələrə mümkün köməyimizi edir, bir çox məsələlərə yardımçı, dayaq oluruq.
Gələcək həyatını ABŞ-da qurmaq istəyən həmyerlilərimizə nəyi məsləhət bilərdiniz?
Lenin demişkən, oxuma[ı, oxuma]ı və yenə oxumağı, daim axtarışda olmağı. Əsasən də Komputer elmləri, Bio İnformatika, Tibb üzrə maraqlansınlar. Halhazırda Komputer elmi və tibb ilə bağlı inqilabi dəyişikliklər baş verir. Bio informasiya bio texnologiya, gen terepiyası, hücrə biologiyası və genetika kimi sahələrdə yeni algoritmaların inkişafı və qəbulunda ən əsas rollardan birini tutur. Bio texnologiyadakı ən son yeniliklər onu molekulyardan digitala doğru aparır. DNA hazırda informasiya texnologiyasıdır. Aşağıda pulsuz, onlayn təhsil üçün bəzi saytlar qeyd edirəm.
https://www.edx.org/schools-partners
https://www.coursera.org/
http://ocw.mit.edu/index.htm
http://www.oeconsortium.org/providers/
http://www.oeconsortium.org/
http://en.wikipedia.org/wiki/Open_educational_resources


Amerika həyatında həzm edə bilmədiyiniz nələrsə varmı?
- Bəlli olduğu kimi ABŞ çox güclü ölkədir və burada insan hüquqları çox mükəmməl qorunur. Hakimiyyətin 3 qolu- Prezident, Konqres və Ali Məhkəmə həqiqi mənada bir-birindən asılı deyil və bu hal demokratiyaya böyük dayaqdır.
Bu ölkənin də problemləri, çatışmayan cəhətləri var. İşi olmayan adamlar böyük çətinliklə üz-üzədir –təhsil almaq, pulsuz tibb xidmət, normal yaşamaq elə də asan deyil. İndi Amerika çalışır ki, burada problemsiz insanlar az olsun, yaxud heç olmasın. Bunun üçün də bir qədər zaman lazımdır.

Ərkivanlı amerikalılar15 il öncə verdiyim sualı bir daha təkrarlamaq istəyirəm – bu günün Amerikasında sizi nələr təəccübləndirir, yaxud bu ölkənin hansı qəribəliklərini bizimlə paylaşmaq istərdinizmi?
Sözün düzü dünyanın bir çox ölkələrini gəzmişəm, fundamental insan dəyərləri baxımından fərqlər çox azdır və elə də ciddi fərqlər yoxdur.
Varlı, eləcə də demokratik ölkələrdə qadın və uşaq hüquqlarına, eləcə də azsaylı xalqlara daha çox qayğı və diqqət var, nəinki az inkişaf etmiş ölkələrdə.

Söhbətin sonunda bizə diqqət ayırdığınınıza görə bir daha təşəkkür edir və sonda bir arzumu bildirmək istəyirəm. Çox istərdim ki, qəzetinizdə, yaxud saytınızda xüsusi bir bölüm açasınız ki, biz həmin bölüm vasitəsi ilə Azərbaycanın daha geniş auditoriyası üçün söhbətlər aparaq, onları elm və texnikanın yenilikləri ilə, digər maraqlı məlumatlarla təmin edək. Hamınıza uğurlar. Yəqin ki, bu son görüşümüz olmayacaq. Zahir müəllim bizimlə canımız Azərbaycanla daha uğurlar körpülər yaradacaq.

Qeyd: Biz də Qorxmaz müəllimə olduqca gərgin iş rejimində çalışmasına baxmayaraq vaxt ayırdığına görə dərin təşəkkürlərimiz bildirir, onun etdiyi təklifə də həssaslıqla yanaşır və onu əmin edirik ki, bəzi detalları dəqiqləşdirdikdən sonra belə söhbətlər üçün saytımızda şərait yaradacağıq.
Zahir.R4suloffR4suloff

OXUNMA SAYI :5952

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az