“Güvən”ə kimlər güvənə bilər?


“Güvən”ə kimlər güvənə bilər?Son illərdə bu təşkilat yüzlərlə əlil, kimsəsiz uşağa yardım göstərib
Azərbaycanda fəaliyyət göstərən “Güvən”Xeyriyyə Cəmiyyəti özünəməxsusluğu ilə eyni tipli təşkilatlar arasında xüsusi ilə seçilir. Bu xeyriyyə təşkilatının sorağı hər həftə ölkənin bir regionundan gəlir və onlar hansı məkana gedirlərsə, onlarla, yüzlərlə əlil, imkansız uşağa sevinc bəxş edirlər. Təşkilata olduqca xeyirxah, alicənab, bütün hərəkətlərindən, rəftarından nəciblik yağan Nigar xanım Bayramlı rəhbərlik edir. Bu günlərdə Masallıda da olan Nigar xanım burada 50-yə yaxın əlil və imkansız uşağa geyim, ərzaq, oyuncaq hədiyyə edib. “Cənub xəbərləri” qəzetinin redaksiyasında keçirilən bu aksiyada Nigar xanımdan kiçik müsahibə almaq imkanını da əldən buraxmadıq. Beləliklə söz Nigar Bayramlınındır:
Xeyriyyəçilik etmək, imkansız, çətin durumda olan insanları sevindirmək çoxdankı arzum idi. Çox yaxşı ki, 2009-cu ilin sonlarında bu arzumu reallaşdırıb “Güvən” Xeyriyyə Cəmiyyətini yaratdım. Artıq biz paytaxt Bakı ilə yanaşı ölkənin bütün bölgələrində, 20-yə yaxın rayonda işləyirik. Yardım etdiyimiz rayonlardan biri də Masallıdır. Biz artıq bu rayonda 100-ə yaxın əlil, kimsəsiz uşağa yardım göstərmişik. Son tədbirimiz isə bu il fevralın 5-də “Cənub xəbərləri” qəzetinin redaksiyasında oldu. Rayonun müxtəlif qəsəbə və kəndlərindən olan 50-yə yaxın imkansız, əlil uşağa oyuncaq, ərzaq, geyim və sair payladıq.
Bizim yardımlar ərzaq, kitab, geyim, əlil arabası və şəraitə görə digər formalarda olur. Ofisimiz Bakıda, 28 may metro stansiyasının yaxınlığında, “Pulsuz geyimlər” dükanında yerləşir.
Hər həftə bir regionda oluruq.

Xəstə uşaqların əməliyyat xərci üçün pul yığmaq kampaniyası istisna olmaqla imkansızlara müxtə formada yardımlar edirik.
Yaxın vaxtlarda geniş miqyaslı kitab yardımları aksiyası da keçirəcəyik.

Bəzi kimsəsiz, evsiz, tənha xanımlar üçün ev kirayələmək fikrimiz də var.
Hazırda qrupumuz müxtəlif təklifləri araşdırır. Yaxın vaxtlarda daha geniş formalı xeyriyyə işlərimizin şahidi olacaqsınız.
Fürsətdən istifadə edib bizə yardımçı olan xeyirxah, mərhəmətli, insanpərvər insanlara, eləcə də Masallıdakı tədbirdə bizə təmənnasız şərait yaradan “Cənub xəbərləri” qəzetinin redaksiyasına və könüllü yardımçımız Əfrayıl Fərziyevə dərin təşəkkürümüzü bildiririk.
“Güvən”ə güvənən peşman olmaz.!

Fidan Abbaslı

“Güvən”ə kimlər güvənə bilər?
“Güvən”ə kimlər güvənə bilər?
















“Güvən”ə kimlər güvənə bilər?











R4suloffR4suloff

OXUNMA SAYI :2041

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff