"Nənələr"i "Nəvələr" əvəz edəcək


"Nənələr"i "Nəvələr" əvəz edəcək

Ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda tanınan “Nənələr” folklor kollektivinin adı dillər əzbəridir.

Lənkəranda fəaliyyət göstərən “Nənələr” folklor kollektivinin ənənəsini “Nəvələr” rəqs qrupu uğurla davam etdirir. Şəhər 5 nömrəli uşaq bağçası nəzdində yaradılan “Nəvələr” qrupu qısa müddətdə çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb.

Uşaq bağçasının müdiri Aybəniz Hüseynova bildirib ki, adı dillər əzbəri olan lənkəranlı “Nənələr”in davamçıları “Nəvələr“ mahnı və rəqs qrupu üç ildir fəaliyyət göstərir. “Nəvələr”in sayı, ifa etdiyi mahnılar, səhnə davranışı və geyimləri “Nənələr”lə eynilik təşkil edir. Öz şux rəqsləri ilə iştirak etdikləri bütün tədbirlərdə böyük alqış qazanan “Nəvələr” qrupunun ən böyük üzvünün 5, ən kiçiyinin isə cəmi 3 yaşı var.

Sivil.az saytına “Nəvələr” mahnı və rəqs qrupunun repertuarında hələlik iki mahnının olduğunu məlumat verən A. Hüseynova gələcəkdə mahnı və rəqslərin sayını artıracaqlarını vurğulayıb.

Qrupun üzvləri hətta özlərinə nənə də seçiblər. Onlar bütün tədbirlərdə seçdikləri nənə ilə yanaşı çıxış edirlər.

R4suloffR4suloff

OXUNMA SAYI :715

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff