Yardımlılı sayt sahibi həbs edilib (Yenilənib)


Yardımlılı sayt sahibi həbs edilib (Yenilənib)Elçin Zahiroğlunu həbs etdirən Elmira Axundovanın oğlu olub.

Baki Post saytının baş redaktoru Elçin Zahiroğlu saxlanılıb. Onu bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları məşhur bir şəxsdən rüşvət alarkən yaxalayıb.
Məlumat üçün bildirək ki, Elçin Zahiroğlu şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlının bacısı oğludur.
Məlumatı azadlıq.info saytı yayıb
.

Virtual Azərbaycan saytı isə həmin məlumatı daha da genişləndirib: “BakıPost” internet nəşrinin baş redaktoru, keçmiş deputat Sabir Rüstəmxanlının bacısı oğlu Elçin Zahiroğlu Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında həbs olunub. Bu barədə Həbib Axundov özü virtualaz.org-a açıqlamasında bildirib.

H.Axundovun sözlərinə görə, jurnalist onu şəxsi həyatına aid olan çirkin məqalələrlə şantaj edirmiş. “O, mənə zəng vururdu, yazırdı, şantaj edirdi. Və pul istəyirdi. Mən polisə müraciət etməyə məcbur oldum. Bu jurnalist mənə başqa seçim imkanı qoymadı”-deputatın oğlu bildirib.

H.Axundov məsələnin obyektiv araşdırılacağına və hüquq-mühafizə orqanlarının cinayətkarı cəzalandıracağına ümid etdiyini bildirib.
R4suloffR4suloff

OXUNMA SAYI :888

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff