“Yeni həyat”çılar adımızı çəkməkdən niyə qorxur? (Yenilənib)


Zahir Əmənov, Nurəddin Ədiloğlu, Cəmil Nemətov və digərləri nədən

bu qəzetin qara siyahısındadır?


“Yeni həyat”çılar adımızı çəkməkdən niyə qorxur? (Yenilənib)


Masallıda nəşr edilən “Yeni həyat” qəzetinin əməkdaşları bizim həmkarımızdır və onlarla arabir əyləşib çay içib, çörək də yeyirik.
Lakin bu dostlarımız çalışdıqları qəzetdə adımızın çəkilməsindən çox ehtiyatlanırlar.


Konkret faktlara keçək. “Yeni Həyat” qəzetinin 85 illik yibleyinə yuxarıda adlarını çəkdiyim şəxslər- qəzetin ilk redaktoru Nemət Nemətovun oğlu, vaxtı ilə gözəl yazıları ilə bu qəzeti şöhrətləndirən, yerli radionun redaktoru olmuş Cəmil Nemətov, qəzetlə uzun müddət əməkdaşlıq etmiş Nurəddin Ədiloğlu, eləcə də Cənub xəbərləri qəzetinin redaktoru, həmin qəzetdə 100-ə yaxın yazısı çap olunmuş Zahir Əmənov dəvət olunmamışdı.

Biz də iradımızı feyzbukda bildirib qeyd etdik ki, müqayisə qəribə olsa da, heç “Molla Nəsrəddin” jurnalının yaradıcısı Mirzə Cəlili də həmin jurnalın 20 illik yubileyinə dəvət etməmişdilər.

İradımız müqabilində dedilər yanlışlıq olub, icra başçısı həmin tədbirdə qəzetimiz haqqında çox xoş sözlər deyib. Qəzetin növbəti sayında tədbirlə bağlı yazıya baxanda isə adımıza rast gəlmədik.

İyulun 14-də qəzetin növbəti sayı çıxıb. Qəzetlə əməkdaşlıq edən 50-yə yaxın şəxsin adı sadalanıb. Yenə N. Ədiloğlu, Z. Əmənov, C. Nemətov xatırlanmır.

Olaya N. Ədiloğlunun münasibətini də öyrəndik.

"Yeni Həyat”ın ilk tədqiqatçısı olsam da, mənə qarşı bu qəzetdə həmişə biganəlik olub.

Müəllifi olduğum kitabların çoxunun mövzusu Masallıdan bəhs edir, təbii ki, qəhrəmanları da Masallıdandır, lakin vaxtilə çalışdığım qəzet bir dəfə də olsun haqqımda bir çümlə yazı verməyib, “Şəhidlər anası” pyesim dəfələrlə Masallı Xalq Teatrında səhnəyə qoyulub, rayon tətbirlərində nümayiş etdirilib, bu il Akademik Milli Dram Teatrda tamaşaya qoyuldu, 2 diplomla mükafatlandırıldı.

“Masallı XX əsrdə”, “Rabitə dünyası”, “Seyid Sadıq” haqqında sənədli filmlərin ssenari müəllifi və “Masallı folkloru” kitablarının redaktoru kimi mənim də 85 illik tədbirdə iştirak etməyə mənəvi haqqım çatırdı.

Bunlar azmış kimi, mənim Masallının tanınmış adamları haqqında kitablarımdan, elləcə də rayonun 70 illiyinə həsr etdiyim xüsusi buraxılışdan bəzi yazılarımı öz imzalarıyala AzPress.az saytında yayıblar. Elmdə buna plagiatlıq, el arasında isə (əgər müəllifə istinad olunmursa...) paxıllıq deyirlər.

Paxıllıq isə jurnalistə yaraşan keyfiyyət deyil. Ümumiyyətlə, Vaqif Hüseynovdan sonra bu qəzetdə yaradıcı adam redaktor olmayıb. Ona görə də yaradıcı adamlara qarşı laqeydlik və gözügötürməzlik var...

Unudurlar ki, Zahir Əmənovun, Nurəddin Ədiloğlunun baş redaktoru olduğu qəzetlər bir neçə media mükafatlarına təqdim olunublar. Qəzetlərinin sorağı respublikanın hüdudlarından kənara yayılıb.

Hər ikisi Mətbuat Şurasının təsis qurultayının və sonrakı qurultaylarının nümayəndələri olublar... və s. və i.



R4suloffR4suloff

OXUNMA SAYI :960

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff