1 saata Bakıdan Qazaxa gedib-qayıda bilərsiniz- 100 ilin ən böyük uğuru


“Hyperloop” vakuum qatarı layihəsinin gerçəkləşməsinə az qalıb.


1 saata Bakıdan Qazaxa gedib-qayıda bilərsiniz- 100 ilin ən böyük uğuru

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, layihənin rəhbəri Elon Mask qatarın prototipini nümayiş etdirib.

Futuristik layihə icra olunacağı təqdirdə insanları bir məntəqədən digərinə saatda 804 kilometr sürətlə çatdırmaq mümkün olacaq. Bu, Bakıdan Qazaxa, təxminən, 1 saata gedib-qayıtmaq deməkdir.

Layihə yerüstü nəqliyyat sahəsində 100 ilin ən böyük uğuru hesab olunur.

“Hyperloop” şirkəti ilə artıq müqavilə bağlayan ölkələr də var. Belə ki, BƏƏ hökuməti paytaxt Əbu-Dabidən Dubaya olan məsafəni minimuma endirmək üçün cidd-cəhdlə çalışmağa başlayıb.

Qeyd edək ki, iki şəhər arasında məsafə 120 kilometrdir. “Hyperloop”la bu məsafəni 8 dəqiqəyə qət etmək mümkün olacaq.
R4suloffR4suloff

OXUNMA SAYI :614

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az