Masallı Mərkəzi xəstəxanası istifadəyə hazırdır


Masallı Mərkəzi xəstəxanası istifadəyə hazırdırXəstəxana ən müasir avadanlıqlarla təmin edilib.
3 il öncə əsaslı təmirə dayandırılmış Masallı Mərkəzi Xəstəxanasında təmir işləri başa çatır. 2 gündən sonra, dekabrın 10-da 200 nəfərdən artıq təmirçilər briqadası obyekti tərk edəcək. Təmirdən sora yüksək standartlara uyğun hazırlanmış cərrahiyyə, reanimasiya, rentgen, doğuş, dializ və digər otaqların texniki imkanlarına adam heyranlığını gizlədə bilmir. Kompüter tomoqrofiya, firoqrafiya , endoskoplar (daxilə baxış) eləcə də hərəkət edən rentken aparatları xəstələrin bu sahədəki probləmlərini daha rahat həll edəcək. 4 rentgen otaqlarının hər birinin tavanı təmiz, aydın səma təsvirləri formasında hazırlanıb ki, rentgen aparatına uzanan xəstə üçün darıxdırıcı olmasın. Xəstəxananın baş həkimi Cəlil Nəzərovun bildirdiyinə görə bu xəstəxana həm genişliyinə (240 yerlik) və yüksək səviyyəli texniki avadanlıqlarına görə ölkənin ən yaxşı 5 xəstəxanası sırasındadır. Burada eyni vaxtda 3 otaqda hər cür cərrahiyyə əməliyyatları aparmaq mümkündür. 10 ədəd dializ aparatları (hansı ki bu vaxta qədər Masallıda olmayıb və 100-ə yaxın dializ xəstəsi olan masallılı müalicə üçün qonşu rayonlara gedib) bu tipli xəstələrin müalicəsinə ciddi şəkildə yüngülləşdirəcək.
Məlumat üçün bildirim ki, təmir zamanı korpuslara 5 lift quraşdırılıb. Xəstəxananın özünün ayrıca elektrik təsərrüfatı yaradılıb, işıqlar sönən zaman dərhal əvəzləyici generatorlar işə düşür. Burada daimi istilik və soyutma sistemləri ilə təmin edən qurğular quraşdırılıb, xəstəxananın bütün otaqlarına daimi içməli su vermək imkanı yaraılıb. İnfeksiya şöbəsində bütün palataların çıxışları ayrı-ayrı qurulub ki, bir xəstənin yolxuculuğu digərinə yoluxmasın. Yeməkxanadan tutmuş istixanayadək qədər hər bir yardımçı otaqlar yüksək səviyyədə təmir olunub və ən zəruri avadanlıqlarla təmin edilib. Məlumdur ki, hər bir xəstəxana güclü həkimlər olmadan gücsüzdür. Biz hazırkı güclü potensialımızla yanaşı Bakıdan və ölkənin digər yerlərindən ən güclü masallılı həkimləri xəstəxanamıza dəvət etmişik. Saytınızın veridiyi imkandan istifadə edib bir daha Masallıdan kənarda yaşayıb fəaliyyət göstərən peşəkar həkimləri rayona dəvət edirəm.
Xəstəxana yaxın aylarda istifadəyə veriləcək. Demək olar ki, bütün tamamla işləri başa çatıb.

İlahə Ələkbərli
Masallı Mərkəzi xəstəxanası istifadəyə hazırdır











Masallı Mərkəzi xəstəxanası istifadəyə hazırdır











Masallı Mərkəzi xəstəxanası istifadəyə hazırdırR4suloffR4suloff

OXUNMA SAYI :2832

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff